Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Neft qiymətlərimiz necə formalaşır?

Neft qiymətlərimiz necə formalaşır?

Icma.az, Azpost saytına istinadən bildirir.

İlham Şaban

Neft üzrə ekspert

Azərbaycan neftinin qiyməti $71 dollardan baha satılıb. Bu gün yerli KİVlərimizi maraqlandıran sual ondan qaynaqlanır ki, hansı səbəbə belə qiymət artımı olub və bunun Azərbaycana xeyri nədir?

İkinci hissədən başlayım: dövlət büdcəmiz ixrac neftimizin orta illik qiymətinin $65-na hesablanıb. Ona görə də bu qiymətdən baha satdığımız hər barel “qara qızıl” dövlət büdcəmizə əlavə qazanc gətirən amildir. Amma gündəlik baş verən bu qiymət dəyişiklikləri situativ “sevinc” və “məyusluq” göstəricisi hesab oluna bilər, çünki neft qiymətləri dünya bazarında anbaan (hər partiya üzrə) dəyişən xammaldır.

Azərbaycan isə hazırda adətən bir gündən artıq müddətdə bazara 1 tanker çıxara biləcək imkandadır. Energetika nazirliyinin məlumatları əsasında deyə bilərik ki, Azərbaycanın orta günlük neft (o cümlədən kondensat) ixracı təqribən 470 min bareldir. Adətən, ixrac üçün 600 min və təqribən 1 mln barel tutumu olan tankerlərdən istifadə edilir. Və bu baxımdan da KİV-lərimizi izlədikdə həftədə 4-5 dəfə Azərbaycan neftinin ixracına dair məlumatlara rast gəlirik. Əslində isə Azeri Light markası altında yalnız Supsadan bazara çıxarılan kiçik həcmdə neft satılır.

Yəni bu gün neftimiz əvvəlkindən $1 baha satılıbsa, bu o deməkdir ki, ortalama $470 min daha çox qazanmaq şansımız olub və əksinə.

Ceyhandan ixrac etdiyimiz neftin markası BTC Blend-dir. Yəni BTC kəməri ilə bazara çıxarılan neft qarışığı. Niyə belə adlanır? Çünki BTC-lə Azərbaycan neftindən əlavə Xəzərin o tayından tranzitlə daşınan neft həcmləri də var.

İndi qiymət məsələsini aydınlaşdıraq.

Azərbaycan nefti 1998-ci ildən qlobal bazara çıxarılsa da, onun qiymətləri hərraclarda (birjalarda) təyin edilmir. Bizim neft “spot” qiymətləri ilə dəyərləndirilir, yəni ixrac terminallarında satıcı və alıcı arasında razılaşdırılır. Bundan əlavə neftin qiymətinə həmin gün dünya birjalarında olan qiymətlər, neftin satıldığı və boşaldılacağı terminalda tələb-təklif də təsir edir.

Neftimizin qiymətini Azərbaycanda rəsmən elan edən qurum yoxdur. KİV-lərin istifadə etdikləri qiymət yerli bazara “sızdırılan” məlumatdır, ona görə də mənbəsi göstərilmir.

Onu deyim ki, Azərbaycanda ixrac neftimizin ORTA Aylıq qiymətləri də açıqlanmır. Maliyyə nazirliyi bəzən yarımillik qiymətləri dərc edir. Və yaxud da Milli Məclisdə büdcə müzakirələri zamanı ilin 9 ayını üzrə ortalama ixrac qiymətləri ictimailəşdirilir.

KİV-lərimiz xəbər başlıqlarında bir qayda olaraq əhval-ruhiyyə artıran göstəricilərdən istifadə edirlər. Ona görə də reallıqda dövlət büdcəsinə “daxil olmalı olan” göstəricini deyil, maksimum qiymətə fokuslanırlar.

Bu məsələni bir qədər dəqiqləşdirim.

Ceyhandan neft böyük əksəriyyətlə FOB müqavilələri əsasında satılır. Bu tip müqaviləyə görə, alıcı tankerə qədər nefti alıcıya təhvil verir. Və buninla da onun öhdəliyi bitir.

Bir də var neftin CİF müqavilələri əsasında alıcının təyin etdiyi limana çatdırılması. Bu tip müqavilələr üzrə neftin qiyməti baha olur. Səbəbi də odur ki:

• Neftin tankerə yüklənməsi

• Daşımanın təşkili (Fraxt)

• Daşıma müddətində neftin sığortalanması

• Xərc və logistika satıcının üzərinə düşür.

Ona görə də bu tip müqavilə üzrə satılan neft baha olur və həmçinin daşıma üçün marketinq (qazanc) xərclərini də nəzərə alır.

Hərraclarda neftin qiyməti FOB müqavilələrinə bağlıdır, yəni filan yerdə tankerə qədər təhvil.

Məsələn, bu gün KİVlərimizdə paylaşılan qiymət ($71,75/barel) CİF müqaviləsi üzrə formalaşan dəyərdi. Amma FOB müqavilələri üzrə satış 69,62 dolları təşkil edib. Yəni fərq hər bareldə $2,17 təşkil edib.

Əgər Dövlət Neft Fondunun və Hesablama Palatasının illik hesabat və rəylərinə baxsaq, onda orta ixrac qiymətlərinin XALİS qiymətini daha dəqiq görə bilrik. Bu nədir? İzah edim. Əgər nefti FOB müqavilə ilə 65 dollara satmışıqsa, bu o demək deyil ki, həmin məbləğ də vergi ödəyən şirkətin ya da Neft Fonduna daxil olan məbləğ olacaq. O, satıcıya ödənilən qiymətdir. Satıcı həmin məbləğdən bank rüsumları, həmçinin gömrük xidmətlərini də ödəməli olur ki, yerdə qalan vəsait real hər bareldən ixracın dəyərini əks etdirir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 Yanvar 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri