Icma.az
close
up
RU
“Azərbaycanda büdcənin 53%i neft sektorunun gəlirlərindən formalaşır” İQTİSADÇI

“Azərbaycanda büdcənin 53%i neft sektorunun gəlirlərindən formalaşır” İQTİSADÇI

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkəmizin iqtisadiyyatının təməlini neft və neft sektorunun təşkil etməsi bir sıra sahələrin inkişafında ləngimələrə gətirib çıxarır. Belə ki, kiçik və orta sahibkarlığın inkişafı üçün lazım olan addımlar hələ də atılmadığı üçün bütün sektorlar birbaşa və dolayı yolla neft sektoruna bağlı qalır. Azərbaycan isə nefti, eləcə də qazı yalnız bir neçə dövlətə satır. Dövlət kiçik və orta sahibkarlığa göstərdiyi dəstəyi belə, neft sektorunun gəlirləri hesabına təşkil edir. Ekspertlər kiçik və orta biznesə dəstəyin əsas metodu kimi fondun yaradılmasını göstərir. Lakin qeyri-neft sektorunun inkişafına nail olacaq addımlar üçün dövlətin uzun yol qət etməli olduğunu düşünənlər də var.

Bəs ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün vergi və subsidiyalarla yanaşı başqa hansı addımlar atılmalıdır?

Mövzu ilə əlaqədar, iqtisadçı ekspert Xalid Kərimli Avtosfer.az-a müsahibəsində deyib ki, dövlət sözdə bu istiqamətlərdə bir çox addımlar atır, amma nəticələr onu deməyə imkan verir ki, Azərbaycan iqtisadiyyatı neft sektorundan, neftdən gələn pullardan çox ciddi şəkildə asılıdır.

“Dövlət büdcəsinin yenə də 52-53%-i neft pullarından formalaşır. Ya Dövlət Neft Fondundan götürülür və ya da neft sektorundan gəlir. İxracın 85%-dən yuxarı, bəzən bu, 92-93% də olur, hətta birbaşa neft satışından formalaşır.

Bu da Azərbaycanın ümumiyyətlə idxalının valyuta mənbəyinin də neft olduğunu deməyə imkan verir. Yəni neft və qaz sektorunun, təkcə neft yox. Burada çox ciddi neftdən asılıq qalır. Dövlət bu məqamda nə etməlidir? İqtisadiyyata azadlıq verilməlidir, iqtisadiyyata liberallıq gəlməlidir, rəqabət mühiti yaxşılaşdırılmalıdır, kapitalın ancaq bir qrupda, xüsusən də məmurlar ətrafında formalaşması prosesinə son qoyulmalıdır. Yəni, məsələlər doğrudan da aktual və ciddi olaraq qalır. Məhkəmə sistemi ilə bağlı işlər görülməkdə davam edir, lakin daha da mükəmməlləşdirilməlidir.

İnsanlar bilməlidir ki, işləyib biznes quranda, qazanc əldə edəndə onun bu qazancı da əlindən müxtəlif formalarda alınmayacaq. Monopolizm aradan qalxmalıdır, inhisarçılıq ləğv olmalıdır, dövlət sektoru kiçilməlidir, dövlət müəssisələri bugün hər yerdədir, inzibatçılıq, bürokratiya azalmalıdır. Yəni, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ümumil formada dəyişikliklər edilməlidir və bunu da, görünür, hansısa səbəblərdən edə bilmirik”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see218

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see198

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see152

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see149

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see126

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri