Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Neft şirkətimiz Konqoda layihə məsləhətçisi oldu

Neft şirkətimiz Konqoda layihə məsləhətçisi oldu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Downstream” şirkəti Konqo Milli Neft Şirkəti (SNPC) üçün layihənin idarə edilməsi üzrə məsləhətçi (PMC) seçilib. Bu barədə “SOCAR Downstream”in idarəedici direktoru Emil Alxaslı sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, SOCAR və SNPC arasında ideya kimi başlayan əməkdaşlıq artıq mühüm mərhələyə çatıb: “Bu yaxınlarda “SOCAR Downstream” Konqodakı CORAF Neft Emalı Zavodunun layihə idarəetmə məsləhətçisi kimi çıxış edərək müəssisənin modernləşdirilməsi layihəsi üzrə Pre-FEED mərhələsinin (neft-qaz, energetika və infrastruktur sahələrində həyata keçirilən irimiqyaslı mühəndislik və tikinti layihələri üzrə konseptual layihələndirmə mərhələsidir. Bu mərhələ layihənin texniki və iqtisadi cəhətdən mümkün olub-olmadığını yoxlamaq üçün icra edilir – red.) rəsmi başlanmasına dəstək verib”.

İki şirkət arasında əməkdaşlığın təkcə texniki məsələlərlə məhdudlaşmadığını bildirən şirkət rəsmisi bu addımın Azərbaycan ilə Konqo Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu əməkdaşlıq iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, fərqli mədəniyyətlərin daha yaxından tanınması, ortaq maraq və imkanların müəyyənləşdirilməsi baxımından da mühüm təcrübəyə çevrilib.

E.Alxaslı korporativ layihələrdə əldə olunan təcrübə və biliklərin tərəfdaşlar üçün əlavə dəyər yaratmaq məqsədilə tətbiq edilməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Komandamızın bu təcrübəni Azərbaycanın hüdudlarından kənara da daşıması və etimada əsaslanan əməkdaşlıq münasibətləri qurması ilə qürur duyuram. Bu, sadəcə, bir layihə deyil. Bu, insanlar, təşkilatlar və ölkələr arasında qurulan tərəfdaşlıqdır. Eyni zamanda, əməkdaşlığın qarşılıqlı inkişafa və ümumi tərəqqiyə necə töhfə verə biləcəyinin nümunəsidir”.

Qeyd edək ki, SOCAR və Konqo Milli Neft Şirkəti 2024-cü ilin aprelin 4-də Bakıda CORAF Neft Emalı Zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi şərtləri barədə saziş imzalayıb.

Konqo Respublikasının Pointe-Noire şəhərində yerləşən zavod 1982-ci ilin dekabrından fəaliyyət göstərir və bu ölkənin yeganə neft emalı müəssisəsidir. Zavodun layihə üzrə emal gücü gündəlik 27 min barel təşkil etsə də, hazırda bu göstərici, təxminən, 20 min bareldir.

SOCAR mütəxəssislərinin zavodun mövcud vəziyyətini qiymətləndirərək onun modernləşdirilməsi istiqamətində təkliflər hazırlaması nəzərdə tutulur. Zavodda istehsal olunan neft məhsullarının yarıdan çoxu Konqo Respublikasının daxili tələbatının ödənilməsinə yönəldilir.

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR Trading” isə 2023-cü ildən CORAF-da istehsal olunan xam neft və neft məhsullarının bir hissəsinin dünya bazarında satışını təşkil edir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri