Turizm şirkətimiz beynəlxalq sərgidə
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycanda fəaliyyət göstərən “Zakher Travel” turizm şirkəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan “STM 2025” İkinci Beynəlxalq Turizm Sərgisində ölkəmizi təmsil edir.
Sərgidə Azərbaycanın turizm imkanları, gəzməli-görməli məkanları, milli mətbəxi, müxtəlif növ turizm marşrutları və tur paketlər sərginin ziyarətçilərinə təqdim olunur.
Sayca ikinci dəfə keçirilən bu sərgidə 35 ölkədən 185 iştirakçı öz ölkələrini və xidmətlərini nümayiş etdirirlər.
Sərginin açılış günündə ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev və diplomatik korpusun əməkdaşları Azərbaycan pavilyonunu ziyarət etmiş, iştirakçılarla və sərginin ziyarətçi turizm şirkətləri ilə həmsöhbət olmuşlar.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















