Icma.az
close
up
RU
Süni intellekt şirkətimiz beynəlxalq yarışma qalibidir

Süni intellekt şirkətimiz beynəlxalq yarışma qalibidir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı startapçı Yaqub Rəhimovun əsasını qoyduğu “Polygraf AI” şirkəti, Silkroad İnnovasiya Mərkəzinin təşkil etdiyi beynəlxalq yarışmanın qalibi olub.

Mərkəzi Asiya, Qafqaz və Türkiyədən qoşulmuş 400-dən çox startap arasından qalib seçilən şirkət qlobal nüfuzlu “TechCrunch 2025” yarışmasında finala birbaşa vəsiqə qazanıb. Bu uğur şirkətin cari il ərzində qazandığı ardıcıl qalibiyyətlərin davamıdır. Belə ki, bundan öncə də “Polygraf Aİ” ABŞ-da keçirilən “SXSW Pitch”, “SummerFest Tech” kimi daha iki nüfuzlu yarışda qalib adını qazanmışdı.

“Polygraf AI” layihəsi süni intellektin sürətlə inkişaf etdiyi dövrdə təşkilatların məlumat təhlükəsizliyini qorumağa və deepfake risklərinin aşkarlanmasına yardım edir. Platforma deepfake səs və saxta məzmunu aşkar edir, həmçinin “OpenAI”, “Gemini” və “Microsoft Copilot” kimi süni intellekt alətlərinə məxfi məlumatların sızmasının qarşısını alır.

Bu qalibiyyətin “Polygraf Aİ” komandasının fəaliyyətinin qlobal əhəmiyyətini bir daha təsdiqlədiyini bildirən azərbaycanlı intellekt sahibi Yaqub Rəhimov deyib: “Fəaliyyətimiz lokal Kiçik Dil Modeli (SLM) texnologiyası ilə kritik əməliyyat komandalarını komplayns risklərindən qorumağa, həm də süni intellekt əsaslı fırıldaqçılığın qarşısını almağa yönəlib. Bu uğur bizə San-Fransiskoda keçiriləcək “TechCrunch Disrupt” tədbirində missiyamızı daha geniş auditoriyaya çatdırmaq, eləcə də “Battlefield 200” yarışında qalib gələrək tarixi bir ilkə imza atmaq imkanı yaradır”.

Yeri gəlmişkən, “Polygraf AI” – süni intellekt dövründə şəffaflıq, təhlükəsizlik və etibarlılıq üzərində qurulmuş bir platformadır. Şirkət təşkilatlara deepfake, sintetik təhlükə, məlumat itkisi və daxili riskləri vaxtında aşkar etməyə kömək edir.

“TechCrunch” isə dünyanın ən nüfuzlu texnologiya mediası və startap ekosisteminin aparıcı platformalarından biridir. 2005-ci ildən fəaliyyət göstərən bu platforma hər il minlərlə texnologiya şirkətini və investorları bir araya gətirən “TechCrunch Disrupt” konfransını təşkil edir. “Startup Battlefield” intellekt yarışması vasitəsilə seçilən ən perspektivli startaplar qlobal səhnədə öz həllərini təqdim etmək imkanı qazanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri