Icma.az
close
up
RU
Neft və qaz qiymətləri ilə bağlı kritik proqnoz: 2026 cı ildən etibarən...

Neft və qaz qiymətləri ilə bağlı kritik proqnoz: 2026 cı ildən etibarən...

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Neft qiymətləri bazar ertəsi günü ötən həftəki 4 %-lik enişin bir hissəsini bərpa edib.

ABŞ–Venesuela münasibətlərində gərginliyin artması fonunda mümkün təchizat pozuntuları ilə bağlı narahatlıqlar bazara dəstək verib.

“Brent” markalı xam neft 0,4 % bahalaşaraq bir barel üçün 61,37 dollara, WTI (West Texas Intermediate) isə 57,67 dollara yüksəlib. 

Analitiklər bildirirlər ki, Rusiya–Ukrayna arasında sülh danışıqları ilə bağlı qeyri-müəyyənlik və Venesuela ətrafında artan gərginlik neft bazarına təsir edir.

Bununla belə, geosiyasi risklər kəskin artmasa, WTI-nin gələn ilin əvvəlində 55 dolların altına düşə biləcəyi qeyd olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə danışıqlar zamanı NATO-ya üzvlük niyyətindən imtina etməyə hazır olduğunu bildirib və danışıqların davam edəcəyi açıqlanıb.

Eyni zamanda, Ukrayna ordusunun Rusiyadakı iri neft emalı zavoduna hücum etdiyi və müəssisənin istehsalı dayandırdığı bildirilir. 

Digər tərəfdən, Venesuelaya qarşı yeni sanksiyalar və neft tankerinin ələ keçirilməsi ölkənin neft ixracının kəskin azalmasına səbəb olub. ABŞ-də isə neft və qaz qazma qurğularının sayı azalmaqda davam edir. 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 70 ABŞ dolları, təbii qazın min kubmetrinin qiyməti isə 294 ABŞ dolları təşkil edib.Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % az və 12 % çoxdur.Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda yeni ildə neft və qaz qiymətlərində hansı dəyişikliklər gözlənilir? 

Məsələ ilə bağlı “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban  “Cebheinfo.az”-a bildirib ki, hazırda qiymətlər sakit bir tempdə eniş edir:

“Bu gün bazarda neft 61-62 dollar aralığında, qaz isə 330-340 dollar dəhlizində ticarət edilir. Qiymət ilin əvvəlindən hiss ediləcək dərəcədə (təqribən 25 %) azalsa da, amma IV rübdə qiymət deyərdim ki, aramla eniş edir. 

Artıq bazar da bu qiymətlərə uyğunlaşıb. Hazırda kiçik templə də olsa, azalma təqribən mart ayınadək davam edə bilər, sonra isə 60 dollar ətrafında stabilləşmə müşahidə ediləcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Neft və qaz İlham Şaban

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri