Neftçalada 21,7 min ton pambıq istehsal edilib
Report.az saytına istinadən Icma.az xəbər verir.
Neftçala rayonunda yığm başlanan gündən indiyədək 21 min 700 tondan çox pambıq yığılıb.
Bu barədə “Report”un Aran bürosuna Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.
Məlumata görə, bu il rayonda 8 min hektar sahədə pambıq əkilib.
Becərmə dövründə aqrotexniki qaydalara əməl edildiyindən pambıq tarlalarında bol məhsul yetişdirilib.
Məhsul toplanışının 90-95 faizi pambıqyığan maşınlarla həyata keçirilib. İndiyədək 7 min 400 hektar sahənin məhsulu yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Orta hesabla hər hektardan 27 sentner məhsul götürülüb.
Hazırda məhsul yığımı davam edir.
Bu mövzuda digər xəbərlər:Neftçalada 26,1 min ton məhsul istehsal edilib
12 Yanvar 2025 20:47
Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir
21 Oktyabr 2026 20:05
Sabirabadda 31 min 587 ton pambıq istehsal edilib
18 Dekabr 2024 20:03
Neftçalada yanğın oldu
24 May 2025 18:16
Neftçalada maşın yanıb
24 Dekabr 2024 09:20
Baxış sayı:173
Bu xəbər 21 Noyabr 2024 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















