“Neftçi” 7 futbolçu ilə vidalaşdı rəsmi
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Neftçi” 7 futbolçu ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
6 futbolçu – Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla müqavilə yenilənməyib. Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.

