Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Neftçi” avrokuboklara vəsiqə şansını bir qədər də azaltdı

“Neftçi” avrokuboklara vəsiqə şansını bir qədər də azaltdı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

yarımfinal, ilk oyun
Neftçi (Bakı) - Sabah (Bakı) 1:2 (1:1)

Neftçi: 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı (47. Murad Məmmədov, 78), 4. Elvin Camalov, 90. Ramil Şeydayev (22. Dembo Darbo, 60), 91. Ağadadaş Salyanski (10. Filip Ozobiç, 60), 14. Edvin Kuç (8. Emin Mahmudov, 66), 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 11. Aleks Fernandes (18. Rinosuke Ohori, 66).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 13. Emil Səfərov, 6. Rafael Quzzo, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.
Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev (9. Anatoli Nuriyev, 75), 18. Pavol Safranko (k), 40. İqor Noqeyra (4. Sofian Çakla, 46), 70. Cesse Sekidika (20. Coy-Lens Mikels, 65) (7. Boyan Letiç, 90+4), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Raxmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 6. Abdulax Xaybulayev, 32. Elgün Dünyamalıyev, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Qollar: A.Salahlı, 11-öz qapısına (0:1). Y.Matias, 21 (1:1). P.Şafranko, 52 (1:2). 
Y.Matias 21-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı). 
Vərəqələr: T.Mütəllimov, 29 (qeyri-idman hərəkəti). M.Sek, 37 (qeyri-idman hərəkəti). D.Darbo, 82 (qeyri-idman hərəkəti) - sarı. 
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
2 aprel. Bakı. “Neftçi Arena”. 2934 tamaşaçı. 
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub. 
Yarımfinalın digər cütü ilə müqayisədə paytaxt derbisinin daha böyük maraq doğurduğu heç kim üçün sirr deyil. Təqvimdə artıq apreldi, amma “Neftçi”nin də, “Sabah”ın da çempionat yolu ilə avrokuboklara vəsiqə qazanmaq şansı hədsiz azdı. Bunu hər iki klubun rəhbərliyi də, azarkeşləri də, çalışdırıcıları da yaxşı anlayır.
İlk dəqiqələrdə nə “Neftçi”, nə də “Sabah” təhlükəli vəziyyət yarada bildi. Komandalar bəzən qısa, bəzən də uzun ötürmələrlə hücum qurmağa çalışırdı. Hər halda, əvvəlcə “bayquşlar” rəqib qapısına yol tapmağı bacardı. 11-ci dəqiqədə Raxmonaliyevin künc zərbəsindən qapı qarşısına etdiyi ötürməni uzaqlaşdırmaq istəyən Azər Salahlı topa çox yöndəmsiz şəkildə toxunmaqla avtoqola səbəbkar oldu. Bu müdafiəçinin “Neftçi” səviyyəsində olmadığını deyənlər daha bir tutarqa qazandı.
Düzdü, tezliklə “ağ-qaralar” hesabı bərabərləşdirə bildi. 19-cu dəqiqədə Sekin qapı önünə ötürməsinin qarşısını Noqeyra alsa da, Tellur Mütəllimov təhlükəni sovuşdurmaq istəyərkən topa yox, Salyanskinin ayağına zərbə endirdi. Belədə FİFA referisi “nöqtə”ni göstərdi. Pokatilov Matiasın zərbəsinin istiqamətini müəyyənləşdirsə də, təkrar zərbə qarşısında heç nə edə bilmədi. 24-cü dəqiqədə Umarali - Xəyal - Seymur kombinasiyası zamanı sonuncu topu az fərqlə qapıdan aralı vurdu. 25-ci dəqiqədə isə Şafrankonun zərbəsindən sonra top toru yandan silkələdi. 40-cı dəqiqədə Sekidikanın uzun ötürməsindən sonra Umarali topu saxlamadan zərbə endirsə də, “çərçivə”yə düşə bilmədi.
İkinci hissəyə daha fəal başlayan “bayquşlar” 52-ci dəqiqədə növbəti dəfə hesabda irəli çıxdı. Sek Elvin Camalova ötürmə verərkən Şafranko araya girdi və topu Raxmonaliyevə çatdırdı. Umarali dərhal Xəyala ötürmə verdi. Xəyal Alekslə Elvindən sıyrılıb zərbə endirsə də, top dirəyə tuş gəldi. Qayıdan topa özünü çatdıran Şafranko yaxın məsafədən zərbə ilə hesabı dəyişdi. 56-cı dəqiqədə “Neftçi” hesabı bərabərləşdirməyə yaxın oldu. Sek Aleksə ötürmə verdi. Fernandeş topu Mustafaya qaytardı. Sek cərimə meydançası daxilində iki rəqibi keçən zaman yerdə qaldı. Qayıdan topa yaxınlaşan Kuç dərhal boş zonada olan Ağadadaşa ötürmə verdi. Amma onun zərbəsi qapıdan aralı keçdi. 64-cü dəqiqədə isə Matias dubl etməyə yaxın oldu. Koffinin cərimə zərbəsindən qapı qarşısına etdiyi ötürməni Matias başla tamamlamaq istəsə də, top tirə tuş gəldi.
Oyunun sonluğu da qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki komanda fərqlənə bilərdi. Amma gerçəklik odu ki, “Sabah” ilk oyunda qalib gəlməklə cavab görüşü ərəfəsində mərhələ adlamaq şansını ən azı 55 faizə çatdırdı. Samir Abasovun isə səhvləri düzəltmək və “Neftçi”ni finala daşımaq üçün 20 gün vaxtı var. 20 gün...
Gözdən qaçmadı
* Futbolçular və hakimlər Ümumdünya Autizm Məlumatlandırma Gününə görə meydana autizmli uşaqlarla birgə çıxdı.
* “Soldati di Sabah” “Die For You” yazılan pankart açmışdı. 
* Matias hesabı bərabərləşdirən kimi “Forza Neftçi” pirotexniki vasitələrdən yararlandı. 
* “Sabah”ın qapıçılarla işləyən məşqçisi Aleksey Antonyuk 90+3-cü dəqiqədə hakimi təhqir etdiyinə görə “qırmızı” aldı. 
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri