“Neftçi” azarkeşləri üçün derbi ilə bağlı xüsusi təşkilati tədbirlər görülür
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Neftçi" qarşılaşmasını yerindən izləmək istəyən "Neftçi" azarkeşlərinə Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarında 3130 bilet ayrılıb. Sport24.az xəbər verir ki, həmin sektorlara daxil olmaq istəyən "Neftçi" azarkeşlərindən oktyabrın 17-si saat 17.00-da sözügedən arenanın "B" girişinə yaxınlaşmaları xahiş olunur.
Stadiona giriş yalnız xüsusi QR kodla aparıldığına görə 30 klub əməkdaşı və 50-yə yaxın "Neftçi" könüllüsü azarkeşlərimizin sektorlara rahat keçməsi və oyunu tribunadan izləməsi üçün bütün texniki məsələləri həll edəcək.
Oyun günü Tofiq Bəhramov adına Respublika stadionun "B" girişində biletin səni gözləyir!
Matçı 25, 26, 27 və 28-ci sektorlarda "Forza Neftçi" Azad Azarkeş Qrupu ilə birgə izləmək istəyənlər üçün isə biletlərin əldə edilməsi prosesi "Palms Sports Arena"nın kassalarında davam edir. Oyun günü saat 17.00-dan etibarən xüsusi ekspres avtobuslar biletli azarkeşlərin "Palms Sports Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna daşınmasını həyata keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 16 Oktyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















