Icma.az
close
up
RU
“Neftçi” basketbol klubunun kapitanı: Çempion olub, ölkəmizi avrokuboklarda təmsil etmək istəyirik

“Neftçi” basketbol klubunun kapitanı: Çempion olub, ölkəmizi avrokuboklarda təmsil etmək istəyirik

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

“Abşeron” favorit sayılmasa da, pley-offlara fərqli hazırlaşmışdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Liqasında finala yüksələn “Neftçi” komandasının kapitanı Amil Həmzəyev deyib.

O, yarımfinalda məğlub etdikləri “Abşeron” komandasının meydanda əsl xarakter göstərdiyini bildirib: “Rəqibin heyətində yer alan azərbaycanlı gənc oyunçular yaxşı mübarizə apardılar. Onları təbrik edirəm. Seriyanın birinci matçı daha çətin keçdi. Görüşün sonlarında rəqibin səhvi və bəxt amili bizə kömək oldu. Sonrakı qarşılaşma isə bizim üçün nisbətən rahat alındı”.

Azərbaycan millisinin də kapitanı olan basketbolçu “Neftçi”nin mövsümə uğursuz başlamasının səbəbini belə izah edib: “Mövsümün əvvəlində düzgün transferlər edilməmişdi. Daha sonra 5 legioner oyunçu göndərildi. Onların yerinə gələnlərə uyğunlaşmaq üçün vaxt lazım oldu. Mövsümə 6 məğlubiyyətlə başlamışdıq. Ardınca 11 qələbə qazandıq və cəmi 3 dəfə uduzduq. Qalibiyyətlərin davamı pley-off mərhələsində də gəldi. Əgər mövsümün əvvəlində bunu etsəydik, müntəzəm sezonu fərqli pillədə bitirə bilərdik. Lakin üçüncü yer də bizi pley-offa apardı”.

34 yaşlı basketbolçu “Sabah”la keçirəcəkləri final oyunları barədə də danışıb: “Üçüncü dəfə “Sabah”la finalda üz-üzə gələcəyəm. Daha əvvəl “Gəncə” və “Xəzri”nin heyətində bu komandaya qarşı oynamışam. Rəqibin yaxşı heyəti və güclü məşqçilər korpusu var. Azərbaycanı Avropda layilqi şəkildə təmsil ediblər. Çətin olacaq. Lakin çempion olub, ölkəmizi avrokuboklarda təmsil etmək istəyirik”.

Qeyd edək ki, "Sabah"la "Neftçi" arasında ilk final qarşılaşması mayın 2-də Bakı İdman Sarayında keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri