Neftçi basketbol klubunun məşqçisi: Var gücümlə çalışacağam ki, etimadı doğruldum
Icma.az, Report.az saytına istinadən bildirir.
Var gücümlə çalışacağam ki, göstərilən etimadı doğruldum.
"Report" xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının X turunda "Abşeron"la oyunla (84:76) bağlı fikirlərini bildirərkən deyib.
Mütəxəssis paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında komandasının əzmkar mübarizə apardığını bildirib.
"İlk olaraq mənə göstərilən etimada görə klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Var gücümlə çalışacağam ki, bu etimadı doğruldum.
Oyunçularıma apardıqları əzmkar mübarizəyə görə təşəkkürümü bildirirəm. Çox gərgin oyun oldu. Hər iki komanda qarşılaşmaya az müddət ərzində hazırlaşmışdı. Buna baxmayaraq, çox yaxşı oynadıq, aqressivlik göstərdik. Ümid edirəm ki, gələcək qarşılaşmalarda daha yaxşı oyun nümayiş etdirəcəyik. Məşqlərdə olduğu kimi, komanda müdafiədə aqressiv, hücumda isə düzgün ötürmələr edərək yaxşı oyun göstərdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Yanvar 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















