“Neftçi” boliviyalı futbolçu ilə DANIŞIQLAR APARIR
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
İsveçrənin "İverdon" klubunda çıxış edən futbolçu Boris Çespedes karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Neftçi" 29 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
"Ağ-qaralar" qış transfer dönəmində Boliviyadan olan oyunçunu heyətinə cəlb etmək niyyətindədir.
Paytaxt təmsilçisi oyunçu üçün ilk təklifi şənbə günü göndərib. "Neftçi" yarımmüdafiəçiyə hazırkı klubda qazandığından daha çox maaş təklif edib. Bu məbləğin illik 250-300 min İsveçrə frankı olacağı gözlənilir. Boris Çespedesin ölkəmizdə çıxış edib-etməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, futbolçunun "İverdon"la müqaviləsinin müddəti yayadək nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media

“Neftçi”nin transfer siyahısındakı o üç futbolçu DANIŞIQLAR BAŞLADI (ÖZƏL) İdmanXəbər
23 Dekabr 2024 10:02
“Neftçi” Rumıniya klubunun üzvü ilə DANIŞIQ APARIR
25 Yanvar 2025 16:29
Neftçi boliviyalı futbolçuya təklif göndərib EKSKLÜZİV
28 Yanvar 2025 10:02
“Şamaxı” rumıniyalı futbolçu ilə danışıqlar APARIR
03 Yanvar 2025 13:59
Barselona ukraynalı futbolçu ilə danışıq APARIR
04 Dekabr 2024 19:45

