Icma.az
close
up
RU
“Neftçi” bu dəfə də “Şamaxı”nın müqavimətini qıra bilmədi

“Neftçi” bu dəfə də “Şamaxı”nın müqavimətini qıra bilmədi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Şamaxı - Neftçi (Bakı) 2:2 (0:0)
1. Rikardo Fernandes – 6,0
82. Rüfət Abbasov – 6,5
4. Sezar Enrike – 7,0
44. David Santos – 6,0
5. Arsen Ağcabəyov - 5,5
7. Edqar Adilxanov – 6,0
(10. Andrey Tırkovyanu, 68) - 5,0
13. Rikardo Apolinario – 6,0
97. Oruc Məmmədov - 5,5
(19. Abdullahi Şuaybu, 68) - 4,5
2. Abdulla Rzayev – 5,5
9. Karim Rossi – 6,5
11. Dioqo Balau – 6,0
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
80. Həbib İsmayılov
21. Bilal İsmayılov
48. Ramiz Muradov
77. Nihat Mehralıyev
90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Sezar Enrike
13. Kenan Piriç - 6,0
24. Mustafa Sek – 5,0
5. İqor Ribeyro – 5,0
15. Elvin Bədəlov - 5,5
77. Falaye Sako – 3,5
(70. Andrey Ştoqrin, 29) - 5,5
7. Emil Səfərov - 6,5
18. İfeanyi Metyu – 5,5
11. İmad Faraj – 5,5
(47. Murad Məmmədov, 84) - qiymətsiz
8. Emin Mahmudov (k) - 6,5
(10. Freddi Varqas, 64) - 5,5
33. Breno Almeyda – 5,5
(28. Alessio Kurçi, 84) - qiymətsiz
9. Bassala Sambu – 5,0
(45. Vensan Abubakar, 46) - 7,0
Ehtiyat oyunçular
1. Emil Balayev
91. Nurəziz Əzizov
17. Murad Xaçayev
4. Elvin Camalov
14. Edvin Kuç
22. Luis Ortis
19. Ağadadaş Salyanski
Baş məşqçi: Yuri Vernidub
Komandanın ən yaxşısı: Vensan Abubakar
Qollar: V.Abubakar, 60 (0:1, E.Səfərov). S.Enrike, 75 (1:1, R.Apolinario). V.Abubakar, 90+3 (1:2, A.Kurçi). K.Rossi, 90+4-p. (2:2).
Vərəqələr: İ.Ribeyro, 46 (qeyri-idman hərəkəti). A.Ştoqrin, 73 (qeyri-idman hərəkəti). K.Rossi, 83 (qeyri-idman hərəkəti). M.Sek, 90+4 (qeyri-idman hərəkəti). İ.Metyu, oyundan sonra (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Pərvin Talıbov (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
28 fevral. Şamaxı. Şəhər stadionu. 1200 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Qonşu pillələrdə qərarlaşsalar da, fərqli hədəfləri olan iki komandanın ilk dövrədəki dueli heç-heçə bitmişdi (1:1). Son dövrlərdəki yüksəlişə görə “Neftçi” bu oyunun favoriti idi.

Tam fərqli ssenari üzrə keçən iki hissə gördük. İlk yarıda komandalar elə oyun göstərirdi ki, sanki ilk dəfə qarşılaşırlar - kəşfiyyat xarakterli idi. İkinci hissədə “Neftçi”nin getdikcə daha çox hücuma atılması başqa oyunun şahidi olmağımıza gətirib çıxardı.
Oyuna meydan sahibləri daha çevik başladı. 5-ci dəqiqədə Arsen ən geridən topu hava ilə elə ötürdü ki, komanda yoldaşı Balau yerini tərk edən qapıçı Piriçlə üzbəüz qaldı. Dioqo topu qapıçının başı üzərindən keçirməyə çalışsa da, bacarmadı. Oruc da topa istənilən kimi toxuna bilmədi və “şirlər”in təhlükəli hücumu başa çatdı. 23-cü dəqiqədə təxminən 25-26 metrdən Rossi qapını “nişan aldı”. Lakin bu top Piriç üçün çətin olmadı. Heç cür təşəbbüsü ələ ala bilməyən qonaqlar təkbətək mübarizələrdə də uduzurdu. “Neftçi” hücum yükünü sağ cinaha çəkmişdi. Orda isə qonaqları Edqar və Rüfət qarşılayırdı. “Şamaxı”nın gənc futbolçuları işlərinin öhdəsindən layiqincə gəldilər, Almeyda ilə Sakoya göz açmağa imkan vermirdilər. Sako 29-cu dəqiqədə zədə səbəbindən Ştoqrinlə əvəzləndi və “ağ-qaralar”ın bu cinahında canlanma müşahidə olundu.
Vernidubun komandasının 13 gün oynamaması və süni ot örtüyündə meydana çıxması açıq-aşkar hiss olunurdu. Qonaqlar ilk təhlükəli vəziyyəti 41-ci dəqiqədə yaratdı. Farajın asmasından sonra Sambu başla zərbə endirməyə çalışdı. Lakin bəstəboy Rüfət onun qarşısının almağı bacardı. Beləliklə, ilk yarı kasad təhlükəli vəziyyətlərlə başa çatdı.
2-ci yarıda Abubakar meydana çıxandan sonra “ağ-saralar” hücumda daha “dişli” göründülər. 48-ci dəqiqədə Eminin asmasından sonra Breno başla zərbə endirdi, Rikardo seyv etdi. Hücumlarının kəsərini artıran “Neftçi” 60-cı dəqiqədə qol istəyinə çatdı. Belə ki, Emin topu alaraq irəlilədi, Emillə oynadı. Emilin qapı qarşısına göndərdiyi topu isə Abubakar qapıdan keçirdi. 72-ci dəqiqədə künc zərbəsindən sonra Enrikenin başla zərbəsi qapıdan yan keçdi. İki dəqiqə sonra Ayxan Abbasovun komandası daha təhlükəli hücum qurdu. Rüfətin ötürməsindən sonra Abdullanın zərbəsini Piriç dəf etdi. Hücumun davamında Balaunun zərbəsi qapının üstündən keçdi. 75-ci dəqiqədə isə künc zərbəsindən sonra top “Neftçi”nin qapısı qarşısından qayıtdı. Apolinarionun ötürməsini Enrike qapıdan keçirməyi bacardı və beləliklə, hesab bərabərləşdi.
Bu qoldan sonra duman stadionu bürüdü. Artıq göz-gözü görmürdü. Amma “Neftçi” qol vurmalı idi ki, Bakıya 3 xalla qayıtsın. 90+1-ci dəqiqədə Kurçinin ötürməsindən sonra Abubakar topu başla qapıdan keçirməyi bacardı. Bu qoldan sonra qonaqlar nədənsə tam müdafiəyə çəkildilər. Lakin yenə də qələbəni qorumağı bacarmadılar. Baş hakim Kamranbəy Rəhimov VAR-a baxandan sonra Seklə Enrikenin mübarizəsini qayda pozuntusu kimi dəyərləndirərək penalti nöqtəsini göstərdi. Yetərincə şübhəli qərar idi. Topa yaxınlaşan Rossi qollarının sayını 8-ə çatdırdı.
Beləliklə, hakim qalmaqları ilə əlamətdar olan oyun heç-heçə bitdi, “Neftçi” ilk turda olduğu kimi bu dəfə də “Şamaxı”nın müqavimətini qıra bilmədi. Avrokuboklara vəsiqə yolunda ciddi xal itkisinə düçar olan “ağ-qaralar” 31 xalla 7-ci pillədədi.
Gözdən qaçmadı
* Falaye Sako zədələnərkən paltardəyişmə otağına getdi. Abubakar da onun arxasınca yollandı.
* “Neftçi” ikinci qolu vuranda Ayxan Abbasov köməkçilərindən birinə yönələrək, gülə-gülə “günah səndədi” dedi.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Mart 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri