Neftçi klub tarixinin ən bahalı satışını edir FOTO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Neftçi" tarixinin ən bahalı satışını etməyə hazırlaşır.
Milli.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan İmad Faraj "ağ-qaralar"ı tərk edir.
Futbolçu bir müddətdir Tunisin "Esperans" klububun maraq dairəsindədir. Tərəflər arasında uzun müddətdir davam edən danışılar müsbət nəticələnib. Tunis klubu "Neftçi"ni razı salmağı bacarıb.
"Esperans" rəhbərliyi bu transfer üçün Azərbaycan klubuna yüksək məbləğdə təzminat ödəyəcək. Paytaxt təmsilçisi Farajın transferindən 1,5 milyon avrodan çox gəlir əldə edəcək. Bu, klub tarixinin ən bahalı satışıdır.
Tunis klubu ilə yanaşı, daha bir neçə komanda oyunçunun xidmətində maraqlı olub. Ancaq "Esperans"ın təklif etdiyi təzminat məbləği digərlərini üstələyib və "Neftçi" transferin reallaşmasına mane olmayıb.
Xatırladaq ki, fransalı sağ vinger 2025-ci ildə "flaqman"la 3 illik müqavilə bağlamışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Avqust 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















