Icma.az
close
up
RU
“Neftçi” mövsümün ilk yarısında səfərdə qələbə qazana bilmədi

“Neftçi” mövsümün ilk yarısında səfərdə qələbə qazana bilmədi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Turan Tovuz – Neftçi (Bakı) 1:1 (0:1)
1. İvan Konovalov – 5,5
4. Şəhriyar Əliyev (k) – 5,5
88. Faiq Hacıyev – 5,5
13. Fərid Yusifli – 5,5
44. Rüfət Əhmədov – 6,0
(7. İsmayıl Zülfüqarlı, 74) – qiymətsiz
9. Kristian Da Silva – 5,5
23. Alexandro Serrano – 6,0
15. Emmanuel Hakman – 6,0
80. Otto Con – 5,5
6. Araş Qaderi – 5,5
21. Aleks Souza – 6,5
(5. Roderik Miller, 89) – qiymətsiz
Ehtiyat oyunçular
41. Sergey Samok
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
10. Xəyal Nəcəfov
8. Tural Bayramlı
11. Ayxan Quseynov
77. Veysəl Rzayev
99. Sadiq Şəfiyev
70. Məzahir Məmmədzadə
Baş məşqçi: Kurban Berd;yev
Komandanın ən yaxşısı: Aleks Souza
93. Rza Cəfərov (k) – 6,0
10. Filip Ozobiç – 6,5
(90. Ramil Şeydayev, 74) – 5,5
3. Höccət Haqverdi – 5,5
13. Emil Səfərov – 5,5
14. Edvin Kuç – 5,5
4. Mark Tamaş – 5,5
99. Ervin Koffi – 6,0
44. Yuri Matias – 6,0
24. Mustafa Sek – 6,0
20. Alfa Konte – 5,0
(88. Andrey Ştoqrin, 65) – 4,5
77. Yeqor Boqomolski – 5,5
(91. Ağadadaş Salyanski, 74) – 5,0
Ehtiyat oyunçular
30. Rustam Samiqullin
81. Mehdi Həsənov
19. Azər Salahlı
7. Azər Əliyev
78. Elcan Əbilov
47. Murad Məmmədov
23. Robert Bauer
11. Kilan Lebon
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qol: F.Ozobiç, 45 (1:0). A.Souza, 54 (1:1).
Vərəqələr: A.Qaderi, 30 (qeyri-idman hərəkəti). F.Yusifli, 45+2 (qeyri-idman hərəkəti). A.Souza, 75 (qeyri-idman hərəkəti). H.Haqverdi, 85 (hakimin qərarına etiraz). E.Səfərov, 89 (hakimin qərarına etiraz). Y.Matias, 90+1 (hakimin qərarına etiraz). Ş.Əliyev, 90+4 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
21 dekabr. Tovuz. Şəhər stadionu. 3000 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Sonuncu qələbəsini 16-cı turda “Şamaxı” üzərində qazanan “Turan Tovuz” 3 xalı “Neftçi”dən “qoparmaq” istəyirdisə, “ağ-qaralar” qələbə hesabına autsayder statusundan qurtulmaq niyyətində idi.
Oyuna “Turan Tovuz” daha fəal başladı. Artıq 6-cı dəqiqədə Con Kristiana, o da Rüfətə ötürmə verdi. Əhmədovun qapı qarşısına ötürməsini Rza yumruqları ilə qarşıladı. 15-ci dəqiqədə Serranonun cərimə zərbəsindən qapı qarşısına ötürməsini Şəhriyar Əliyev başla tamamlasa da, top qapıdan aralı keçdi. Hər iki komanda hücum qurmağa çalışır, lakin real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi.
45-ci dəqiqədə “Neftçi” hesabı aça bildi. Sek iki rəqibdən sıyrılıb cərimə meydançasına daxil oldu. Fərid Yusifli sürüşərək Sekin qarşısını kəssə də, topu ələ keçirən Ozobiç dəqiq zərbə ilə “Neftçi”ni irəli çıxardı. İlk hissənin sonlarında Rüfət Əhmədov topu cərimə meydançasına göndərdi. Matiasın topu başla uzaqlaşdırmaq cəhdi alınmadı. Belədə topu ələ keçirən Faiq qapı qarşısına ötürmə versə də, Aleks Souzanın zərbəsini Rza Cəfərov dəf etdi. 2-ci hissəyə fəal başlayan tovuzlular tezliklə mükafatlandırıldı. 54-cü dəqiqədə Da Silva künc zərbəsindən qapı qarşısına ötürmə versə də, Konte topu uzaqlaşdıra bilmədi. Aleks Souza baş zərbəsi ilə topu tora qovuşdurdu – 1:1. 69-cu dəqiqədə Hakman – Con - Hacıyev kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə tamamladı. 82-ci dəqiqədə “Turan Tovuz” hesabda önə keçməyə yaxın oldu. Serrano cərimə zərbəsindən qapı qarşısına doğru ötürmə verdi. Top Sekə dəyərək yönünü dəyişdi. Hakman zərbə vursa da, top öncə komanda yoldaşı Şəhriyara, sonra isə özünə dəyərək meydanı tərk etdi.
Sona yaxın Hakman bir daha “Neftçi”nin qapısı qarşısında təhlükəli anlar yaşatdı. Onun zərbəsindən sonra top “Neftçi”nin futbolçusuna dəyərək meydanı tərk etdi. Oyuna sonradan qoşulan Miller bu dəfə də qəhrəman ola bilərdi. Lakin onun zərbəsi toru yandan silkələdi.
Beləliklə, cari mövsümdə 2-ci dəfə üz-üzə gələn komandalar arasında yenə qalib müəyyənləşmədi. Mövsümün ilk turunda bu komandalar qolsuz heç-heçə ilə kifayətlənmişdi. Qış fasiləsinə “Turan Tovuz” 32 xalla 3-cü, “Neftçi” isə 17 xalla 8-ci pillədən yollandı.
Gözdən qaçmadı
* “Forza Neftçi” hakimin start fitindən 5 dəqiqə sonra tribunadakı yerini aldı.
* “Turan Tovuz”un prezidenti Ehtiran Quliyev azarkeşləri salamlayarkən “Ultras Turan” “ən böyük başkan bizim başkan” dedi. 
* Sona yaxın İnqilab Məmmədov “Neftçi”nin baş məşqçisi Samir Abasova xəbərdarlıq etdi.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:365
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri