Icma.az
close
up
RU
Neftçi nin italiyalı sabiq baş məşqçisi: Napoli ilə oyun Qarabağ üçün çətin olacaq MÜSAHİBƏ

Neftçi nin italiyalı sabiq baş məşqçisi: Napoli ilə oyun Qarabağ üçün çətin olacaq MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin "Report"un suallarını cavablandırıb.

Sportal.az xəbər verir ki, italiyalı müəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçiriləcək "Napoli" - "Qarabağ" oyunu haqqında fikirlərini bölüşüb. O, "Neftçi"dəki dönəmini də xatırlayıb və "ağ-qaralar"ın hazırkı durumundan söz açıb.

- "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Napoli"nin qonağı olacaq. İtaliya klubu ilə qarşılaşmada Azərbaycan təmsilçisinin şanslarını necə görürsünüz?

- "Qarabağ" son vaxtlar Avropada yaxşı nəticələr qazanıb. "Napoli" isə son çempionat matçında yaxşı formada olduğunu göstərdi. Bizi maraqlı qarşılaşma gözlədiyini düşünürəm. Yəqin ki, meydan sahibləri doğma azarkeşlərinin önündə oynamaq fürsətini dəyərləndirəcək.

- Sizcə, Azərbaycan çempionunun bu matçda yaxşı nəticəyə nail olması realdır?

- Futbolda hər şey mümkündür. Nəticələr oyunlardan sonra bəlli olur. Neapolda "Napoli" ilə oynamaq asan deyil. Mən bu komandanın azarkeşlərini çox yaxşı tanıyıram. "Qarabağ" üçün çətin qarşılaşma olacaq. Amma bunu da deməliyəm. Bütün oyunlar 0:0 hesabı ilə başlayır.

- "Qarabağ"ın pley-off şanslarını necə görürsünüz?

- Hər şey ola bilər. "Qarabağ"ın bunun üçün yaxşı imkanları var.

- 2018-2020-ci illər aralığında "Neftçi"nin baş məşqçisi olmusunuz. Sabiq komandanızı izləyirsiniz?

- "Neftçi"yə bağlıyam. Çünki klubda çox gözəl vaxt keçirdim. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edəcəklər.

- Paytaxt təmsilçisi indi də yaxşı durumda deyil. Hazırkı baş məşqçi Samir Abasov da istefaya göndərilə bilər...

- Bu, yaxşı hal deyil. Amma yenə də ümid edirəm ki, komanda mövsümün sonunda uğurlu nəticəyə nail olacaq. Biz baş məşqçilərin işi asan deyil.

- "Neftçi"dəki dönəminizi necə xatırlayırsınız?

- Komandada daha çox uğur qazanmaq istərdim. Kim bilir, bəlkə də yaxın gələcəkdə geri qayıda biləcəyəm.

- Sizə klubdan təklif olub?

- Xeyr. Sadəcə, mən geri qayıtmaq istəyirəm. Çünki klubda çox gözəl vaxt keçirmişəm və əla insanlarla işləmişəm.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri