Icma.az
close
up
RU
“Neftçi”də hər şey məni qane edir” Sessi D`Almeyda

“Neftçi”də hər şey məni qane edir” Sessi D`Almeyda

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftçi”də hər şey məni qane edir” - Sessi D`Almeyda

“Neftçi”nin yarımmüdafiəçisi Sessi D`Almeydanın QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 31-ci turunda “Şamaxı”nı 3:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Yaxşı oyun alındı. Matça fəal başladıq. Erkən qol vurmağa müvəffəq olduq. Qoldan sonra da üstünlük bizim tərəfimizdə idi. Ümumiyyətlə, ilk dəqiqədən sona qədər oyuna nəzarət bizim tərəfimizdə idi. İkinci hissədə daha iki dəfə fərqləndik. Bizim üçün vacib qələbə idi. İndi son 2 turu düşünməliyik.

- Demək olar ki, erkən qol vurmağınız işinizi daha da asanlaşdırdı?

- Təbii ki, erkən qol vurmağımız oyunumuza müsbət təsir etdi. Belədə özünəinam daha da artır. 

- Əvvəlki 2 oyunda “Şamaxı”nı məğlub edə bilməmişdiniz. Bu dəfə belə asan qələbə qazanmağınızı nə ilə bağlamaq olar?

- İkinci dövrədəki matçı yəqin ki, siz də xatırlayırsınız. Qələbəyə çox yaxın idik. Lakin indi həmin anları xatırlamaq nəyisə dəyişməyəcək. Son zamanlar komandamız yaxşı formadadır. Hər qələbə özünəinamı daha da artırır. 

- Artıq “Zirə” ilə xal fərqiniz 3-dür. Bu üstünlüyü sona kimi qorumaq mümkün olacaq? 

- Son 2 tur qalıb. Məqsədimiz mövsümü uğurla başa vurmaqdır. İndi turnir cədvəlinə çox da fikir vermirik. Qarşıdakı iki matçda da qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik.

- “Neftçi”nin avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz?

- Əlbəttə, avrokuboklara yollanmağı çox istəyirik. Məqsədimiz budur. Biz öz üzərimizə düşəni maksimum dərəcədə yerinə yetiririk. Lakin təəssüf ki, avrokuboklara getməyimiz tək özümüzdən asılı deyil. 

- Yəni kubokun finalında “Sabah”a azarkeşlik edəcəksiniz...

- Təbii ki (gülür). Rəqiblərə hörmətlə yanaşırıq. Amma “yox” desəm, yalan olar. 

- Artıq indidən özünüz üçün növbəti mövsümün planlarını cızmısınız?

- Hər hansı dəyişiklik olmayacaq. “Neftçi” ilə hələ daha bir illik müqaviləm var. Burada məni hər şey qane edir. Yeni mövsümdə də komandamın uğurları üçün əlimdən gələni edəcəyəm. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 May 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri