“Neftçi”də şok qərar: Abubakarla yollar ayrılır
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
“Neftçi”nin Vensan Abubakarla bağlı planı müəyyənləşib.
“Apasport”a verilən məlumata görə, klub yayda ulduz hücumçu ilə yollarını ayıracaq.
Kamerunlu forvardın müqaviləsində yer alan “əlavə 1 il” bəndi aktivləşdirilməyəcək.
Buna əsas səbəb Abubakarın gözləntiləri doğrultmaması olub. Forvardın bitmək bilməyən zədə problemi də rəhbərliyin onunla bağlı arzularını puç edib.
O, baş məşqçi Yuri Vernidubun da növbəti mövsüm üçün planlarında yer almayıb. Ukraynalı mütəxəssis hücumun sivri ucunda daha sürətli, dinamik oyunçu axtarışındadır.
Həmçinin futbolçunun məvacibinin yüksək olması da “Neftçi”ni Abubakarla yolları ayırmağa sövq edib.
Hücumçunun adı dünən keçirilən "Qarabağ"la matçın (1:5) iştirak ərizəsinə də salınmayıb.
Qeyd edək ki, Vensan “ağ-qaralar”ın heyətinə mövsümün əvvəlində qoşulub. O, "Neftçi"də keçirdiyi 16 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qarabağ”dan darmadağın - YENİLƏNİB Azər Bağırov: “Kim nə iş görür, bilmirəm” Ayxan Abbasov: “Hakimlik səviyyəsi qalxmasa, narazılıq çox olacaq” “Qarabağ”ın futbolçusunun atası vəfat edib “Şamaxı”dan ev qələbəsi - YENİLƏNİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 Aprel 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















