Icma.az
close
up
RU
“Neftçi”nin amerikalı basketbolçusu: Azərbaycanı sevirəm, Bakı isə mənə müsbət enerji ötürür MÜSAHİBƏ

“Neftçi”nin amerikalı basketbolçusu: Azərbaycanı sevirəm, Bakı isə mənə müsbət enerji ötürür MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Basketbol Liqasının yarımfinalına yüksələn “Neftçi” komandasının amerikalı oyunçusu Pet Beykon AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Ordu” komandasına hər iki oyunda qalib gələrək yarımfinala yüksəldiniz. Bu barədə nə deyə bilərsiniz?

- Çox yaxşı oynadığımızı düşünürəm. İkinci oyunda “Ordu”nun cəmi 54 xal toplamasını bizim üçün yaxşı nəticə hesab etmək olar. Çünki rəqib doğrudan da yaxşı top saxlayan komandadır. Fikrimcə, müdafiədə belə oynasaq, işimiz daha da çətinləşəcək. Əsas hədəfimiz mümkün qədər bir arada ola bilmək və bunu axıra kimi davam etdirməkdir.

- Necə düşünürsünüz, finala çıxıb, ölkə çempionu ola bilərsiniz?

- Bəli, bunu reallaşdıra bilərik. Çünki yaxşı oyunçularımız və məşqçilər heyətimiz var. Öz performansımızı göstərə bilsək, Azərbaycan çempionu ola bilərik.

- Legioner oyunçu kimi, Azərbaycan Basketbol Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu liqa rəqabətədavamlıdır. Çempionatda mübarizə aparan bütün komandaların hər oyunda qalib gəlmək şansı olur. Əvvəlcədən kiminsə qələbə qazanacağını demək çətindir.

- Azərbaycan haqqında təəssüratlarınız necədir?

- Mən bu ölkəni sevirəm. Burada çox gözəl insanlarla tanış oldum. Bakı şəhəri heyrətamizdir. Düzünü desəm, buraya gəlməmişdən əvvəl Afrikada oynayırdım və pis formada idim. Karyeramda yeni səhifə açmaq istəyirdim, Neftçi” ilə müqavilə bağladıqdan sonra hər şey əla oldu.

- Ölkəmizi bəyəndiyinizi söylədiniz. Bəs, burada ən sevdiyiniz yerlər hansılardır?

- Şəhərin mərkəzinə getməyi xoşlayıram. Burada əla yeməklər verilən restoranlar var. Ən əsası da şəhərin möhtəşəm mənzərəsi insanı valeh edir. Oraya getdiyim zaman əhval-ruhiyyəm daha da yüksəlir. Bu şəhər mənə müsbət enerji ötürür.

- Azərbaycanda başınıza gələn maraqlı hadisə olubmu?

- Bir dəfə şəhərin mərkəzində olarkən tanımadığım bir şəxsin meymununu gəzdirmişdim. Bu hadisə mənə gülməli və maraqlı gəlmişdi.

- Basketboldan başqa, hansı idman növlərinə həvəsiniz var?

- Futbol və voleybolu çox sevirəm. Hətta mövsüm başa çatmamış futbol üzrə Azərbaycan çempionatınının bir oyununu izləmək istərdim.

- Azərbaycanda daha çox qalmağı düşünürsünüz?

- Bu, müqaviləmdən asılı olan bir şeydir. Əlbəttə, “Neftçi” mənə yeni müqavilə təklif etsə, sevə-sevə qalaram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri