Icma.az
close
up
RU
“Neftçi”nin italiyalı yetirməsi: Bir gün A seriyasında da meydana çıxacam MÜSAHİBƏ İdman və Biz

“Neftçi”nin italiyalı yetirməsi: Bir gün A seriyasında da meydana çıxacam MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Neftçi" Futbol Akademiyasının yetirməsi, hazırda İtaliya B Seriya təmsilçisi “Sampdoriya”nın U-17 komandasında çıxış edən Lorenso Mezzoteronun AZƏRTAC-a müsahibəsi

- Artıq uzun müddətdir İtaliyada yaşayırsınız. Maraqlıdır, orada həyatınız necə keçir?

- İtaliyada həyatım çox yaxşı gedir. Burada olduğum üçün xoşbəxtəm. Hazırda Genuya şəhərində yaşayıram və “Sampdoriya” kimi keyfiyyətli komandada oynayıram. Həyatımda hər şey qaydasında və istədiyim kimidir. Sağlamam, ailəm yanımdadır. Mənim üçün ən vacibi də elə məhz bunlardır. Bu baxımdan İtaliyadakı yaşayışımdan çox məmnunam.

- “Sampdoriya”da işlər istədiyiniz kimi gedirmi? Ümumiyyətlə, hazırkı karyeranızdan razısınız?

- Belə bir klubun parçası olmaq məni çox sevindirir. Həmişə özümdən daha artığını gözlədiyim üçün heç vaxt performansımdan tam razı olduğumu deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, “Sampdoriya”da olduğum üçün çox xoşbəxtəm. Günü-gündən öz oyunuma yeni nələrsə qatıram, oynayıram, qollar vururam və təkmilləşirəm.

- "Neftçi" Futbol Akademiyasının yetirməsisiniz. 12 yaşında isə klubu tərk edərək vətəninizə yollandınız. Bu komandada keçirdiyiniz günləri necə xatırlayırsınız?

- “Neftçi”də keçirdiyim dövr heyrətamiz idi. Həm futbolçu, həm də insan kimi çox inkişaf etdim. Həyatımda çox vacib yeri olduğu üçün bu komandanı həmişə üzümdə təbəssümlə xatırlayıram. Bu, gələcəkdə də belə olacaq.

- 6 il Azərbaycanda yaşamısınız. Bakı üçün darıxırsınız?

- Əlbəttə ki, darıxıram. Bakıda keçirdiyim günləri heç vaxt unutmaram. Orada yaşayan çoxlu dostum var. Mən yenidən Bakıya qayıtmaq, şəhərin gözəl yerlərini ziyarət etmək istəyirəm.

- Əgər təklif gəlsə, yenidən "ağ-qaralar"da oynamaq istəyərdiniz?

- Gələcəkdə nəyin necə olacağını bilmirəm. Hazırda mən bu günü düşünürəm. “Sampdoriya”da yeni-yeni şeylər öyrənir, futbolçu və insan kimi təkmilləşirəm. Hələlik burada oynamaqdan həzz alıram.

- Maraqlıdır, “Neftçi” ilə əlaqəniz qalıbmı?

- “Neftçi”nin ölkə çempionatındakı nəticələrini izləyirəm. Həmçinin keçmiş komanda yoldaşlarımla hələ də əlaqəm var. Onlarla münasibətim çox yaxşıdır.

- Azərbaycan futbolunu izləyirsiniz? Bəyəndiyiniz və ya bəyənmədiyiniz nüanslar hansılardır?

- Bəli, Azərbaycan futbolunu izləyirəm. Bu ölkənin futbolunu həmişə bəyənmişəm. Sevmədiyim hər hansı bir şey yoxdur. Əsasən sevimli komandam “Neftçi”nin oyunlarına və nəticələrinə baxıram.

- İtaliyaya qayıtmağı karyeranızın dönüş nöqtəsi adlandırmısınız...

- İtaliyaya qayıtmaq karyeramda atdığım ən vacib addımlardan biri idi. 6 il Azərbaycanda yaşadığım üçün bu ölkəni tərk etmək mənim üçün çox çətin oldu. Artıq yeni hədəflərə fokuslanmalı idim. Nəhayət, İtaliyada karyerama müsbət mənada çox şey qatacağına inandığım komandaya transfer olundum. Ona görə də karyeramda yaşadığım bu dönən mənim üçün xüsusi əhəmiyyət kəsb edir.

- Gələcək hədəfləriniz nələrdir? Yəqin ki, bir müddət sonra özünüzü İtaliya A Seriyasında görmək istərdiniz...

- Gələcəklə bağlı hədəflərim çoxdur. Amma indi yalnız oynamaq, öz üzərində işləmək, inkişaf etmək və qol vurmaq lazımdır. Qalanı isə sonra gələcək. Təbii ki, “Sampdoriya”nın əsas komandasında oynamaq əsas hədəfimdir və inanıram ki, bir gün İtaliya A seriyasında da meydana çıxacağam.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Yanvar 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri