Icma.az
close
up
RU
“Neftçi”nin yetirməsi: “Əsas olan düşdüyün yerdən qalxa bilməkdir” (MÜSAHİBƏ)

“Neftçi”nin yetirməsi: “Əsas olan düşdüyün yerdən qalxa bilməkdir” (MÜSAHİBƏ)

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Premyer Liqaya vəsiqə qazanan “Karvan”ın qapıçısı Kamran İbrahimovun “Futbolpress.az“a müsahibəsi:

– Liqada mövsümü bürünc medallarla bitirdiniz. “Futbol ili”ni necə dəyərləndirərdin?
– Məqsədimiz Premyer Liqaya yüksəlmək idi və bunu bacardıq. Çalışdığımız qədər birinci pillə uğrunda mübarizə apardıq. Bəzi anlarda itkilərimiz oldu və gerilədik. Buna baxmayaraq, əsas olan hədəfə çatmaq idi və bunu bacardıq. Yanımızda olan hər kəsə təşəkkür edirəm.

– Elitaya vəsiqə təmin edildikdən sonra ardıcıl xal itkiləri yaşadız. Hədəfə çatandan sonra oyunlara köklənmək çətin olurdu?
– Mövsümün sonu olduğu üçün komandada yorğunluq olurdu. Bu mənada mübarizə aparmaq asan olmurdu. Həm də liqaya vəsiqə qazandıq və komandada istər-istəməz rahatlıq yarandı. Bunları birləşdirəndə görürsən ki, xal itkiləri qaçılmaz olur. İkincilik üçün də çalışdıq, amma olmadı.

– Klubla müqavilən başa çatır. Sizi yeni mövsümdə “Karvan” formasıyla Premyer Liqada görəcəyik?
– Hələ bilinmir. Məşqçilər heyətinin qərarından asılı olacaq.

– “Neftçi”nin yetirməsisən, bir müddət U-21 yığmasına da dəvət alırdın. Ancaq sonra karyeranda eniş yarandı…
– Futbolçu həyatı elədir ki, qalxa da bilirsən, düşə də. Əsas olan düşdüyün yerdən qalxa bilməkdir. Şükürlər olsun, “Karvan”la elitaya vəsiqə qazanmışıq. Bundan sonra haqqımızda qərarı məşqçilər heyəti verəcək.

– Artıq yaşın U-21-i keçib. Əsas millidə olmağa ümidin var?
– Premyer Liqada oynasam, əlimdən gələnin artığını edəcəyəm ki, əsas milli komandaya çağırılım.

– Təklif olmazsa?
– Çempionat yeni bitib, istirahətə buraxılmışıq. İndi hansısa təklif, variant haqda düşünmürəm. Ailəmlə vaxt keçirmək istəyirəm. Daha sonra variantları düşünməyə başlayacağam.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri