“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Boqdan-Kornel Merişanu 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”də çalışıb. Həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub. O, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poltexnika Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl-Vehda” (2018), “Əl-Əhli” (2021), “Əl-Tai” (2023-2024), BƏƏ-nin “Əl-Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.


