“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gündəlik məşqlərlə paralel olaraq heyətini də komplektləşdirməyə çalışan “Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb.
Futbolpress.az xəbər verir ki, qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.
29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında çıxış edib. Sonuncu klubu isə Kiprin “Pafos” komandası olub. Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
Baxış sayı:179
Bu xəbər 23 İyul 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















