Icma.az
close
up
RU
“Neftçi”nin uğursuzluq seriyası: Hədəfi qalmayıb...

“Neftçi”nin uğursuzluq seriyası: Hədəfi qalmayıb...

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi” uğursuz çıxışını davam etdirir.

Paytaxt klubu ötən gün Azərbaycan Kubokunda “Zirə”yə 1-0 hesabı ilə məğlub olaraq kuboka vida edib.

Bununla da, “Neftçi” Azərbaycan kuboku tarixində ilk dəfə 1/4 finala vəsiqə qazana bilməyib.

Hansı ki, “Flaqman” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi. Ancaq bərbad gedişat bu uğuru da tarixə qovuşdurdu. 

Görünən odur ki, Samir Abbasovla yolların ayrılması da “Neftçi”ni xilas edə bilmədi. Çünki indiyə kimi uğursuz gedişatın memarı kimi təcrübəli çalışdırıcı göstərilirdi. 

Onun oyun planı, taktiki gedişləri və oyunçu dəyişiklikləri azarkeşlərin narazılığına səbəb olurdu. Nəticədə, əvvəlcə Azərbaycan derbisində “Qarabağ” qarşısında alınan acı məğlubiyyət, ardından isə “İmişli” ilə oyundakı biabırçı oyun azarkeşlərin səbr kasasını daşırmışdı. 

Həmin matçda Bakı klubu 2 dəfə önə keçməsinə baxmayaraq, 3-2 hesabı ilə məğlub olmuşdu. Üstəlik, oyun boyu stadionu “Samir Abbasov istefa” şüarları bürümüşdü.

Məlum oyundan sonra isə gözlənilən son gecikmədi. Samir Abbasov istefa verməyi rədd etməsinə baxmayaraq, onun müqaviləsinə xitam verildi. Onu da qeyd etmək lazımdır ki, komandanı pis vəziyyətə salan mütəxəsissin istefa verməyərək, klubdan 175 min manat təzminat alması da azarkeşlərin sərt təpkisinə gətirib çıxardı. 

Ancaq Samir Abbasovun ayrılığının ardından da işlər yolunda getmədi. “Neftçi” öncə “Turan Tovuz”u, ardından isə “Zirə”ni məğlub edə bilmədi. Ümumilikdə isə “ağ-qaralar” son 4 oyunda qələbəyə həsrət qalıblar. Sözügedən oyunlarda 3 məğlubiyyət, 1 bərabərlik qeydə alındı. 

Bundan başqa, “Flaqman” qol vurmaqda da ciddi problemlər yaşayır. Dünyaca məşhur hücumçu Vinsent Abubakarın da son matçlarda istənilən səviyyədə olmaması nəticələrə birbaşa təsir edib.

Belə ki, “Neftçi” son 4 matçda sadəcə 2 qol vura bilib, onlar da “İmişli” ilə oyunda vurulub. Komanda “Qarabağ”, “Turan” və “Zirə” ilə matçlarda isə qol vurmağa nail olmayıb.

Bütün bunlar isə klubun hazırkı vəziyyətinin necə pis olduğunu göstərir. Samir Abbasov göndəriləndən sonra hələ də yeni baş məşqçi tapılmaması da ciddi suallar doğurur.

“Neftçi” kimi bir klubun baş məşqçi tapması bu qədər çətin olmamalıdır. Bu mövsüm avrokuboklarda mübarizə aparmayan “Flaqman” ölkə kubokuna da erkən vida etdi.

Premyer Liqada isə zirvənin çox uzağında olan komanda üçün çempionluq xəyaldan başqa bir şey deyil. Bu isə o deməkdir ki, daha sezonun ortası belə tamamlanmadan “Neftçi” üçün mövsüm erkən başa çatıb.

Faktiki olaraq, mövsümün geri qalanında “ağ-qaralar”ın hər hansısa hədəfi qalmayıb. Ancaq bundan komandanın yenidən qurulması və gələcək mövsümlərdəki əsas hədəflərin ilkin təməlini atmaq üçün fürsət kimi istifadə etmək olar. “Neftçi” rəhbərliyinin eyni düşüncədə olub-olmadığını isə zaman göstərəcək...

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri