Icma.az
close
up
RU
Neftin qiymətində hansı dəyişikliklər gözlənilir? TƏHLİL

Neftin qiymətində hansı dəyişikliklər gözlənilir? TƏHLİL

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Artıq bir neçə gündür qlobal neft bazarlarında neft qiymətləri ilə paralel olaraq təbii qaz qiymətlərində də enişlər müşahidə olunur. Bu, İsrail və İran arasında münaqişənin səngiməsi ilə bağlıdır”.

Bunu enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Metbuat.az-a açıqlamasında söyləyib. O, bunun səbəbini Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi ilə əlaqələndirib:

“Yaxın Şərq dünyada neftin ağırlıq mərkəzi sayılır və qlobal neft təchizatında önəmli mövqeyə malikdir. Qiymət artımı da əsasən iki səbəblə bağlı idi: birincisi, bölgədə geosiyasi gərginlik, ikincisi isə Hörmüz boğazının İran tərəfindən bağlanması ehtimalı. Bu iki faktor – geosiyasi gərginlik və boğazın bağlanması ehtimalı həm neft, həm də qaz qiymətlərinə təsir göstərdi və artıma səbəb oldu. Fars körfəzi ölkələri qlobal neft hasilatının təxminən 30 faizini təmin edir. Yaxın Şərq ölkələrində gündəlik xam neft və kondensatla birlikdə hasilat 26,6 milyon barel təşkil edir. Bu da dünya üzrə ümumi neft hasilatının 30 faizi deməkdir. Bununla yanaşı, Yaxın Şərq regionu neft məhsulları bazarında da qiymətlərin formalaşmasında əsas rol oynayan faktorlardandır. Bu ölkələrdə yerləşən neft emalı zavodlarının ümumi sutkalıq emal gücü 13,9 milyon barel təşkil edir və bu da dünya üzrə emal gücünün 13 faizi deməkdir”.

Mütəxəssisin sözlərinə görə, müharibə geniş coğrafiyanı əhatə etsə və aktiv fazaya keçsəydi, onda həm emal gücləri, həm də neft terminalları təhdid altında qalacaqdı. Bu halda neftin qiymətlərində ciddi təsir olacaqdı:

“Hörmüz boğazı isə qlobal səviyyədə əsas enerji arteriyalarından biridir. Buradan gündəlik təxminən 20 milyon barelə yaxın xam neft dünya bazarlarına çıxarılır. Cari ilin ilk yarısında bu rəqəm təqribən 13,5 milyon barel olub. Qaz bazarlarında da Hörmüz boğazının rolu böyükdür. Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi əsas oyunçular gündəlik qlobal qaz təchizatının təxminən beşdə birini buradan təmin edir. Bu neft və qaz həcmlərinin böyük hissəsi isə Asiya bazarlarına – Çin, Hindistan, Tayvan, Cənubi Koreya, Yaponiya kimi ölkələrə gedir. Son bir neçə ildir ki, enerji keçidi və yeni iqlim tələbləri fonunda neft qiymətlərinin formalaşmasında Asiya bazarlarındakı alıcıların alıcılıq qabiliyyəti əsas götürülərək qiymət modelləri qurulub. Bu səbəbdən də Asiya istehlakçıları neft qiymətlərinin müəyyən olunmasında xüsusi rol oynayır. Əgər Hörmüz boğazı bağlansaydı, dünyada qlobal neft və qaz qıtlığı yaranardı. Bu boğaz, eləcə də Süveyş kanalı, Qırmızı dəniz və Bab əl-Məndəb boğazı enerji daşıyıcılarının hərəkətinə böyük təsir göstərən marşrutlardır”.

Alternativ marşrutların demək olar ki, mövcud olmadığını vurğulayan Z.Vəliyev bildirib ki, nə İranın, nə İraqın, nə də Küveytin Hörmüz boğazını yan keçən neft kəmərləri yoxdur:

“Yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri alternativ kəmərlərə malikdir. Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxışı olan kəməri gündəlik 2,5 milyon barel ötürücülük gücünə malikdir. Amma bu ölkənin gündəlik ixracı 7 milyon bareldən çoxdur. Digər alternativ kəmər isə BƏƏ-yə məxsus Əbu Dabi–Fuceyra kəməridir və onun ötürücülük gücü 1,5 milyon bareldir. İran 1979-cu ildən bu yana Hörmüz boğazının bağlanması ilə bağlı 15-dən çox bəyanat verib. Lakin heç birində bu addımı ata bilməyib. Çünki bu, beynəlxalq qanunlara ziddir. Boğazın iki dəniz zolağından yalnız biri İrana məxsusdur və bu hissə dayaz olduğu üçün böyük tankerlərin keçməsi mümkün deyil. Əgər İran boğazı bağlasaydı, bu, faktiki olaraq Körfəz ölkələrinə müharibə elan etmək kimi qəbul olunardı. Gəmilər Hörmüz boğazından Fars körfəzinə yalnız Omana məxsus dəniz zolağı vasitəsilə daxil olurlar. Belə bir addım genişmiqyaslı qarşıdurmaya səbəb ola bilərdi”.

Z.Vəliyev hesab edir ki, İran və İsrail arasında böyük ehtimalla hərbi əməliyyatlar davam etməyəcək:

“Bu isə o deməkdir ki, hazırda neft qiymətində artıq “müharibə premyası” və “siyasi premyalar” yoxdur. Neft qiymətləri artıq bazarın tələbi ilə formalaşacaq. Analitiklər hesab edirlər ki, qiymətlərin 60 dollardan aşağı düşəcək. Ancaq belə deyil. Hətta bəzi hallarda bu rəqəm 65 dollardan aşağı düşmək ehtimalı yoxdur. ABŞ-də kommersiya təyinatlı neft ehtiyatlarında azalma müşahidə olunub. Orta, ağır distillatlarda və benzin ehtiyatlarının azalması neftə tələbatın artdığını göstərir. Çünki həm kənd təsərrüfatı mövsümü, həm də səyahət mövsümü yaxınlaşır. Bu dövrdə neft məhsullarına tələbatın artması nəticəsində emal zavodlarının yüklənməsi yüksək səviyyədə olacaq. Bu baxımdan, neft qiymətlərində kəskin enişlər gözlənilmir”.

Azərbaycana da bu vəziyyətin müsbət təsir göstərdiyini qeyd edən ekspertin sözlərinə görə, Aralıq dənizi regionundakı neft emalı zavodlarında texniki baxışlar başa çatıb və hazırda yüngül, az kükürdlü neftə olan tələbat artır:

“Azərbaycanın ixrac etdiyi “Azeri Light” və Bakı–Tbilisi–Ceyhan neft qarışığı “Brend” etalon markalı neftə nisbətən mükafatla (premyayla) satılır. İran–İsrail münaqişəsi fonunda bu mükafat artmışdı və hər bareldə 3–3,8 dollar təşkil edirdi. Bu, Aralıq dənizi bazarında misilsiz göstəricidir və Azərbaycanın neft gəlirlərinə müsbət təsir edir. Qaz bazarlarında da eyni vəziyyət müşahidə olunur. Münaqişə bitsə də, regiona daxil olan tankerlərin daşınma (fraxt) və sığorta xərclərində artım var. Bu isə qaz qiymətlərinə də təsir edir. Bu il Azərbaycan Avropa ölkələrinə təxminən 12,9 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. Bu rəqəm 13 milyarda çata bilər. Qiymətlərin yüksək olması fonunda qazdan əldə olunan gəlirlər də artacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 İyun 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri