Icma.az
close
up
RU
Gələn ildən hansı sahələrdə bahalaşma gözlənilir? TƏHLİL

Gələn ildən hansı sahələrdə bahalaşma gözlənilir? TƏHLİL

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

İlin sonuna doğru Vergilər Məcəlləsinə edilən dəyişikliklər gələn ilin əvvəlindən bir çox sahələrdə qiymət artımlarını qaçılmaz edir.

Bu barədə Sitat.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı gələn ilin əvvəlindən müəyyən sahələrdə bahalaşma müşahidə oluna bilər:

" Bu sahələrdən biri avtomobil bazarıdır. Yeni qaydalara görə avtomobil bazarında ciddi bahalaşma olacaq. Eyni zamanda yol vergisi 2,5 dəfə artırılır və gələn ildən texniki baxışdan keçəndə daha böyük ödənişlər etməyə məcbur olacağıq.

Başqa bir ənənəyə çevrilmiş hal isə hər il yeni il ərəfəsində qiymətlərin sürətlə artmasıdır. Tələb yüksəlir, istehsal və idxal tələbi qarşılayacaq qədər olmadığından qiymət artımı yaşanır. Əsasən də kənd təsərrüfatı məhsulları qış aylarında azaldığından bahalaşmaya gətirib çıxarır.  İlin əvvəlindən təqaüd və müavinətlərin artımı isə bazarda bir gözlənti formalaşdırır. Bu təkcə iqtisadi faktora- yəni bazara əlavə pul kütləsinin daxil olmasına bağlı deyil. Çünki bu bazardakı pul kütləsinin əsas hissəsini təşkil etmir. Qiymət artımına təsir edən bu gözləntilərdir. Bahalaşma da bu gözləntilərlə bərabər gəlir".

İqtisadçı onu da qeyd etdi ki, qeyri-neft və özəl sektorda çalışan işçilərin əməkhaqlarından 3 faiz gəlir vergisi tutulacaq: " 2027-ci ildə bu 5 faizə, 2028-ci ildə isə 7 faizə qaldırılacaq. Bu da kifayət qədər ciddi bir artımdır. Bütün bunlar onu deməyə əsas verir ki,  vergi,  gömrük rüsumları,  aksiz  dərəcələri ilə bağlı artımlar əlavə yük kimi gələn ildən insanların maliyyə xərclərində özünü göstərəcək".

Qeyd edək ki, bahalaşmanın qaçılmaz olduğu sahə əsasən maşın bazarı olacaq. 

Avtomobillərə (xüsusilə elektrik və hibrid) ƏDV güzəşti ləğv olunduğuna görə qiymətlər artacaq. Yaşı-dən çox olan köhnə avtomobillərə də idxal və rüsum yükü artır. 

Maşınların bahalaşması ilə paralel avtomobil ehtiyat hissələri və servis qiymətləri də artır. Bundan başqa şirkətlərin vergi yükü və idxal xərcləri artdığı üçün tikinti sektorunda da bahalaşma qaçılmaz olacaq. Tiktinti materiallarından sement, armatur, boya, kafel, taxta və sairin qiyməti artacaq. 
Eyni zamanda elektrik avadanlıqlarının, məişət cihazlarının, aksiz vergisi tətbiq olunan spritrli içkilərin və tütün məmulatlarının da qiymətində artım gözlənilir. 

Nigar,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri