Icma.az
close
up
RU
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Təl-Əvivə uçan "Flydubai” təyyarəsinin komandirinə hücum edən ikinci pilotun təkbaşına hərəkət etdiyi ehtimal olunur.

Bu barədə NBC News İsrail təhlükəsizlik strukturlarının keçmiş əməkdaşına və istintaqın gedişi ilə tanış olan bir neçə ABŞ administrasiyası rəsmisinə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki, araşdırma hələ ilkin mərhələdədir.

"Hazırkı qiymətləndirmə onun təkbaşına hərəkət etdiyini göstərir. İndiki mərhələdə bu, internetdə aşkarlanan ekstremist məzmunun təsiri altına düşmüş ‘tənha canavar’ın terror aktı kimi görünür”, – İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) keçmiş əməkdaşı Şalom Ben Hanan bildirib.

Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai” reysi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib.

Oktyabrın 1-də Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi hadisəyə ikinci pilotun təyyarə komandirinə hücumunun səbəb olduğunu təsdiqləyib. Nəticədə hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb.

Nazirlik bildirib ki, səhhətləri yaxşılaşdıqdan sonra hər iki pilot BƏƏ təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müşayiəti ilə Əbu-Dabiyə yola salınıb. Ekipajın digər altı üzvü isə daha əvvəl təhlükəsiz şəkildə Dubaya qayıdıb.

BƏƏ hakimiyyəti hadisənin səbəb və şəraitinin araşdırılmasını, o cümlədən uçuşun istismarı ilə bağlı məqamların və təhlükəsizlik tədbirlərinin yoxlanılmasını davam etdirir.

///teleqraf///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Oktyabr 2026 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri