Icma.az
close
up
RU
Neftin qiymətinin azalması büdcəyə necə təsir edəcək? ANALİZ

Neftin qiymətinin azalması büdcəyə necə təsir edəcək? ANALİZ

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Donal Tramp vəzifəsinin icrasına başlay-başlamaz dünyada neft qiymətlərini ucuzlaşdıracağı ilə bağlı müxtəlif fikirlər səsləndirdi. 

Artıq dünya birjaları Trampın bu bəyanatına reaksiya verməyə başlayıb. Bu günlərdə neftin dünya bazarındakı qiymətlərində cuzi də olsa, ucuzlaşmalar müşahidə olunur.

Bəs Tramp bunu edərsə, yəni neft ucuzlaşarsa, neft ixrac edən ölkələrə bu necə təsir edəcək? Dünya bazarında nefti nələr gözləyir?


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, 2025-ci il üçün dövlət büdcəmizdə neftin qiyməti 70 dollardan götürülüb: 


“Əlbəttə ki, bu, çox riskli qiymətdir. Çünki bu gün üçün birjada gözlənilən odur ki, Brent markalı neftin qiyməti hətta 71 dollara qədər ucuzlaşması mümkündür. Bu təhlükəli tendensiyalar, birjalardakı qeyri müəyyənliklər, nəticə etibarilə də neftin qiymətinin ciddi şəkildə ucuzlaşmasına gətirib çıxarır. Bu baxımdan da Azərbaycan hökuməti böyük ehtimalla büdcə proqnozlarına müəyyən redaktələr etməlidir. Neftin qiyməti ən azı 65 dollardan götürülməlidir ki, büdcənin icrası ilə bağlı müəyyən mənada proqnozların reallaşması, xərclər maddəsinin həyata keçirilməsi üçün real bir vəziyyət dəyərləndirilə bilsin. Böyük ehtimalla hökumət neftin qiymətinə yenidən baxmalı olacaq. Digər bir tərəfdən neftin qiymətinin azalması Azərbaycan üçün hər gün itki deməkdir. Hər bir dollar ucuzla.ma üçün 100 minlərlə,milyonlarla dolların itirilməsi deməkdir ki, bu da Neft Fonduna daxil olan vəsaitlərin azalmasına gətirib çıxarır. Bilirik ki, Azərbaycanın dövlət büdcəsi əsasən Neft Fondundan transferlər hesabına və yaxud da neft ixracatı üzrə ixracatdan əldə edilmiş mənfəət gəlirindən həm də bu sahəyə tətbiq edilən vergilərdən formalaşır. Buna görə də hazırda risklər qalmaqdadır və neftin də qiyməti ucuzlaşmaqda davam edir"


Eksperi əlavə edib ki, Bitcoinin qiymətlərinə gəlincə isə, Amerika prezidenti Donald Trump Meksika və Kanadaya 25 faizlik idxal rüsumları tətbiq etdi:

"Hazırda investorlar üçün ciddi bir qeyri müəyyənlik mövcuddur. Aprel ayının birindən etibarən bu rüsumlar qüvvəyə minəcək, nəticə etibarilə də risklərin artması kriptovalyutalara ehtiyatla yanaşmanı şərtləndirib. Hazırda bitcoinin  qiyməti 73 min dollar civarında dəyişə bilər deyə ehtimallar var. Son bağlanışdan öncə də hətta qeyri müəyyənliklər davam edirdi ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Tramp seçki qabağı çıxışlarında demişdi ki, Milli Bitcoin Fondu yaradılacaq. Amma fond hələ ki yaradılmayıb və bu baxımdan da güvən sarsılmağa başlayıb. Yəni kriptovalyutalarla bağlı çox ciddi qeyri müəyyənlik var. Ötən həftə bitcoin birjalarında 1.5 milyard dollar civarında itki baş verdi. Kiber hücum oldu və eyzer bitcoinləri oğurlandı. Məhz bu 1.5 milyard dollarlıq bitcoinin kiber hücum nəticəsində oğurlanması da qiymətinə ciddi təsir göstərdi. Ona görə də hazırda investorlar kriptovalyutalarla bağlı gözləmə mövqeyində dayanmağa üstünlük verirlər. Hələ ki, nə Trampın, nə onun komandasının kriptovalyutalarla bağlı verdikləri vədlər istiqamətində heç bir addım atmaması qiymətin düşməsinə səbəb olub. Amerikanın, siyasəti əsasən neftin qiymətlərini ucuzlaşdırmaqla bağlıdır. Hazırda əsasən Amerika şirkətləri var, və  neft sahəsində çalışırlar. Onların lisenziyalarının ləğv edilməsi prosesi başlayıb. Məsələn, biz bunu Kubada, Meksikada görürük ki, artıq Tramp komandası xarici ölkələrdə neft hasilatını həyata keçirən şirkətlərin lisenziyalarını ləğv etməyə başlayıb. Tramp çalışır ki, bazara daha çox Amerika neftini daxil etsin və  qiymətləri aşağı endirsin. Tam hədəflərə çatdıqdan sonra böyük ehtimalla Brent markalı neftlə bağlı qiymət endirimi təxminən 50-55 dollar civarında ucuzlaşa bilər. Bu baxımdan da indi Amerika sistemli olaraq qiymətin aşağı endirilməsi istiqamətində fəaliyyət göstərir. Bu, Azərbaycan üçün çox ciddi, təhlükəli siqnal deməkdir”. 


Millət vəkili Vüqar Bayramov isə söyləyib ki, neftin qiymətində mütəmadi volatillik nümayiş olunur: 


“Müəyyən dövrlərdə qiymətin azalmasını,  müəyyən dövrlərdə isə artmasını müşahidə etmişik. Prezident seçkilərindən sonra neftin qiymətində azalmalar oldu. Amma Donald Trump Ağ Evdə fəaliyyətə başladıqdan sonra biz neftin qiymətinin hətta müəyyən qədər artmasını müşahidə etdik. Təbii ki, geosiyasi faktorlar, o cümlədən Rusiya Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqlar, tələbin və təklifin dəyişməsi neftin qiymətinə təsir göstərir, Azərbaycanın fiskal gəlirlərinin 51 faizi qeyri neft sektorunun payına düşür. Eyni zamanda ÜDM-in 68  faizi isə qeyri neft sektorunda formalaşır. Neftin qiyməti Azərbaycan üçün vacib faktorlardan biridir. Çünki Azərbaycan ixracatının təxminən 80 faizni neft və neft məhsulları təşkil edir. O baxımdan neftin qiymətinin dəyişməsi ölkəyə daxil olan valyutanın həcminə təsir göstərir. Amma əvvəlki illər də göstərir ki, Azərbaycan neftin, dünya bazar qiymətindəki dəyişikliklərə çevik reaksiya verə bilir. Xüsusən də biz Rusiya-Ukrayna müharibəsi dövründə bunu müşahidə etdik. Bu baxımdan Azərbaycan mövcud həm rezervlərdən, həm digər alətlərdən istifadə etməklə neftin bazar qiymətində azalma olarsa, fiskal gəlirlərimizin digər mənbələr hesabına formalaşdırılmasına çalışacaq. Eyni zamanda, artıq dövlət rezervlərimiz 73 milyard dollardan artıqdır. Amma bununla belə təbii ki, neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir.  Bu da xüsusən də qeyri neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşməsini prioritetləşdirir”.


 İqtisadçı ekspert, Natiq Cəfərli bildirib ki, Azərbaycan iqtisadiyyatının neftdən kəskin asılı olması sirr deyil:


“Neftin qiymətinin aşağı düşməsi təbii ki, Azərbaycana ciddi təsir göstərir. Yəni bizim valyuta gəlirlərimizi azaldan faktora çevrilir. Düşünürəm ki, neftin qiymətinin azalmasının, təbii ki, Azərbaycan iqtisadiyyatına da mənfi təsirləri olacaq. Amma bu ortalama qiymətdən söhbət gedə bilər. Lakin günlük aşağı düşə və  yuxarı qalxa bilər. Bizim büdcədə 70 dollar nəzərdə tutulub. Hələ ki, il başlayandan iki ay keçib. Bu iki ayın ortalaması 70 dolların üstündədir. Azərbaycan neftinin ortalama qiyməti təxminən 78 -79 dollar civarındadır ki, bu kifayət qədər komfortludur. Ortalama qiymət 70 dən aşağı düşəndən sonra Azərbaycanda problem başlayacaq. Bu o deməkdir ki, hətta mart ayında 70 dollara düşsə, və yaxud da aprel ayında 65 dollara da düşsə, may ayında bizim yenə də ortalama qiymətimiz 70 dolların üstündə olacaq. Maydan başlayaraq qiymətin aşağı düşməsi tendensiyası davam edərsə, bu, artıq ciddi problemdir və Azərbaycanda ciddi problemlərə, dövlət gəlirlərində valyutanın valyuta daxilolmalarının azalmasına gətirib çıxaracaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri