Icma.az
close
up
RU
Neftin qiymətinin ucuzlaşması büdcəyə necə təsir edəcək? EKSPERT ŞƏRHLƏRİ

Neftin qiymətinin ucuzlaşması büdcəyə necə təsir edəcək? EKSPERT ŞƏRHLƏRİ

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Neft, ABŞ Prezidenti Donald Trampın qlobal iqtisadiyyat və ticarət üçün risklər yaradan sanksiyaları və tariflərin ilk raundunu tətbiq etməsi ilə ucuzlaşır.

Belə ki, artıq 1 barel Brent neftinin qiyməti 78 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 08:45-də Brent nefti 0,7% ucuzlaşma ilə 77,95 dollardan ticarət olunub.

Tramp hesab edir ki, neftin ucuzlaşması Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya potensial təzyiqdir. Lakin bu təsir təkcə Rusiyaya yox, iqtisadi vəziyyəti neftdən asılı olan digər ölkələrə də təsirsiz ötüşməyəcək.

Əsas gəlir mənbəyi neft olan bir ölkə olaraq neftin kəskin ucuzlaşması Azərbaycana hansı təsirlər göstərə bilər? Ekspertlərlə bu suala cavab tapmağa çalışdıq.

Turkustan.az açıqlamasında iqtisadçi-ekspert Xalid Kərimli bildirdi ki, neft qiymətlərinin aşağı düşməsi bizim üçün yaxşı nəticə göstərmir.

Nef qiymətlərinin hər 10 dollar aşağı düşməsi tədiyyə balansımıza 2.2 milyard manat təsir edir. Neftin kəskin ucuzlaşması nələrə səbəb ola bilər? Birincisi manatın məzənnəsinin aşağı düşməsinə səbəb ola bilər. Bu da inflyasiya, insanların kasıblaşması deməkdir. İkincisi dövlətin büdcə qarşısında bir sıra öhdəlikləri var ki, həmin ödhəliklərin icrasında çətinlik yarada bilər. Həm də növbəti illərdə büdcə artımı və sosial ödənişlərin artımına təsir göstərə bilər. Azərbaycanın əsas büdcə gəlirlərində neft, qaz gəlirlər əhəmiyyətli rol oynayır. Qiymətlərin azalması neft fondundan neft büdcəsinə transferlərin də azalmasına təsir edəcək. Azərbaycanın xarici ticarətində 90-92% neft-qaz sektorundan gələn gəlirlər var. Ölkəmizdə qeyri-neft sektoru gəlirin cəmi 9-10% təşkil edir. Bir sözlə- neftin qiymətinin aşağı düşməsi ciddi maliyyə itkilərinə gətirib çıxara bilər. Bu təsir təbii ki, Rusiya üçün də keçərlidir. Rusiyanın neft-qaz sektorunda problemi yarana bilər, eləcə də, gələn valyutanın da həcmi aşağı düşə bilər.

Saytımıza açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova isə əksini düşünür.

Rusiya-Ukrayna müharibəsi müxtəlif ölkələrin ağır sanksiyalarına baxmayaraq illərdir ki, davam edir. Donald Tramp Səudiyyə Ərəbistana və Neft İxrac edən Ölkələr Birliyinə ( OPEC) neftin qiymətinin aşağı salınması ilə çağırışlar etdi. Tramp düşünür ki, neft qiymətlərinin ucuzlaşması bu müharibənin sonlanmasına gətirib çıxaracaq. Onun çıxışından sonra neftin qiyməti 1 dollar ucuzlaşdı, hazırda neftin qiyməti 80 dollardır. Düşünmürəm ki, neftin qiyməti daha da ucuzlaşsın. Bundan sonra neft maksimum 3-4 dollar ucuzalaşa bilər. ABŞ-ın Rusiyaya tətbiq edəcəyi iqtisadi və maliyyə sanksiyalarının Rusiyanın iqtisadiyyatına təsir edəcəyini düşünmürəm.

Bəli, ölkəmiz neftdən asılı ölkədir, ancaq inanmıram ki, bizim iqtisadiyyatımıza neftin ucuzlaşması təsir etsin. Onu da bildirim ki, dövlətimizin yetəri qədər rezervləri var, yəni neft ucuzlaşsa belə, iqtisadiyyatımıza bir o qədər təsir etməyəcək.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Yanvar 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri