Icma.az
close
up
RU
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq?

Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər dünya siyasətində baş verən gərginliklər neft bazarına da təsirsiz ötüşmür. İsrailin Qətərin paytaxtı Dohaya hücumu, Rusiyanın Polşa hava məkanına müdaxiləsi və sair kimi hadisələr enerji bazarında qeyri-müəyyənliyi artırıb. Bildirilir ki, belə gərginliklər neftin qiymətində dalğalanmalara səbəb ola bilər.

Vəziyyət necə olacaq? Azərbaycan neftini nələr gözləyir?

Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov xatırladıb ki, İran və İsrail arasındakı 12 günlük münaqişə zamanı Hörmüz boğazının bağlanması ehtimalı da gündəmə gəlmişdi:

“Bu boğaz, xüsusilə neft və qazın daşınmasında strateji əhəmiyyətə malikdir. Lakin buna baxmayaraq, dünya bazarları bu xəbərə impulsiv reaksiya vermədi. Neft qiymətləri müəyyən dəhliz daxilində üfüqi dalğalanma ilə stabilliyini qorudu. Bundan əvvəl Rusiya-Ukrayna müharibəsi zamanı da bənzər vəziyyət müşahidə olundu. Müharibənin qlobal enerji bazarına potensial təsirinə baxmayaraq, neft qiymətlərində ciddi təlatüm baş vermədi. Burada tarixi kontekstə diqqət yetirmək lazımdır. Xüsusilə pandemiya dövründə və ondan bir qədər əvvəl OPEC və OPEC+ formatında neft hasil edən ölkələrin apardığı danışıqlar nəticəsində hasilat müəyyən çərçivəyə salındı. Həmin dövrdə neft qiymətləri tarixdə görünməmiş səviyyəyə düşmüşdü. Məsələn, ABŞ-da “West Texas Intermediate” markalı neftin qiyməti müəyyən bir mərhələdə birjalarda mənfi həddə qədər geriləmişdi. Bu durum sonradan tənzimləndi və OPEC+ çərçivəsində hasilat siyasətləri yenidən koordinasiya olundu”.

Fuad İbrahimov

İqtisadçı qeyd edib ki, Polşa və ya Dohada baş verən hadisələrin neft qiymətlərinə ciddi, davamlı təsir göstərməsi ehtimalı azdır:

“Belə siyasi proseslər yalnız qısa müddətli və impulsiv qiymət dalğalanmalarına səbəb ola bilər. Çünki bu kimi informasiyaların özü birbaşa olaraq təklif və tələbat balansını pozacaq gücə malik deyil. Nəzərə almaq lazımdır ki, bazarda spekulyativ amillər də mövcuddur. Yəni müəyyən bir hadisə və ya məlumat əsasında bazarda gözlənti formalaşır, lakin nəticə bununla üst-üstə düşmür. Məsələn, dünya üzrə neft hasilatı dayanarsa, məntiqə görə qiymətlər bahalaşmalıdır. Amma bazarda gözlənilənin əksinə, qiymətlər ucuzlaşa bilər. Bu, spekulyativ alətlərin və bazar iştirakçılarının psixoloji davranışlarının təsirindən irəli gəlir.

Hər hansı münaqişənin, xüsusən də enerji daşıyıcılarının daşınmasına təsir edə biləcək hadisələrin qiymət artımına səbəb olması gözləniləndir. Ancaq tarixi təcrübə göstərir ki, bu kimi hadisələr artıq bazarlar tərəfindən əvvəlcədən qiymətləndirilir və çox vaxt ciddi dəyişikliklərə səbəb olmur. Məsələn, Doha Fars Körfəzi regionunda yerləşdiyi və mühüm karbohidrogen ehtiyatlarına malik olduğu üçün nəzəri olaraq qiymətə təsir edə bilər. Amma real vəziyyət və təcrübələr bu təsirin məhdud olacağını göstərir”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri