Icma.az
close
up
RU
Nəğd pul artımı kölgə iqtisadiyyatı deyil Ekspert 

Nəğd pul artımı kölgə iqtisadiyyatı deyil Ekspert 

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Dövlət qurumları və bank sektoru vətəndaşların nəğdsiz ödənişlərə üstünlük verməsində maraqlıdır

Azərbaycanda banklardan kənarda dövriyyədə olan nağd pul vəsaitlərinin həcmi artmaqda davam edir. Mərkəzi Bankın açıqladığı son statistik göstəricilər əhalinin və biznes subyektlərinin nağd pula marağının hələ də yüksək olaraq qaldığını göstərir.

Xüsusilə regionlarda və kiçik ticarət sektorunda nağd hesablaşmaların geniş yayılması bu tendensiyanı şərtləndirən əsas amillərdən biri hesab olunur. Ekspertlər isə hesab edir ki, inflyasiya, nominal gəlirlərin artması və istehlak xərclərinin yüksəlməsi də dövriyyədəki pul kütləsinə təsir göstərən mühüm faktorlar sırasındadır.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatında cari ilin aprel ayında banklardan kənarda nağd pul vəsaitlərinin həcmi (M0) 18 milyard 331.9 milyon manata çatdığı bildirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14.24 faiz çoxdur. Hesabat dövründə geniş mənada pul kütləsi (M3) isə 50 milyard 168.1 milyon manat təşkil edib və illik müqayisədə 6.27 faiz artıb. Mayın 1-nə olan vəziyyətə əsasən, banklardan kənarda olan nağd pulların geniş mənada pul kütləsində payı 36.54 faiz olub.

İqtisadçı Xalid Kərimli Sherg.az-a bildirib ki, ötən illə müqayisədə banklardan kənarda nəğd pul vəsaitlərinin həcmi 14 faiz artsa da, bu rekord göstərici hesab edilmir. Eyni zamanda, bu artım diqqətçəkən göstərici olsa da, birbaşa kölgə iqtisadiyyatının genişlənməsi kimi dəyərləndirmək doğru yanaşma deyil. Ekspertin fikrincə, bu artıma təsir edən bir sıra obyektiv iqtisadi amillər mövcuddur:

"İlk növbədə inflyasiya fonunda qiymətlərin yüksəlməsi və əhalinin nominal gəlirlərinin artması dövriyyədəki pul kütləsini artırır. Ötən il əməkhaqlarında 9.3 faiz artım qeydə alınmışdısa, builki statistikada əhalinin nominal gəlirlərinin təxminən 7 faiz yüksəldiyi görünür. Bu isə insanların gündəlik istifadə etdiyi nəğd vəsaitlərin həcminə birbaşa təsir edir.

Digər tərəfdən, Mərkəzi Bankın əsas məqsədi vəsaitlərin mümkün qədər bank sistemində cəmləşməsidir. Son illər həyata keçirilən sərt və ya “bahalı pul” siyasəti də məhz bu məqsədə xidmət edir. Faiz dərəcələrinin yüksək saxlanılması əhalini daha çox depozit yerləşdirməyə həvəsləndirir. Təsadüfi deyil ki, Mərkəzi Bank rəsmiləri çıxışlarında yeni depozitorların sayının artmasını xüsusi vurğulayırlar. Bu, bank sektoruna etimadın və yığımların artmasının göstəricisi kimi təqdim olunur".

X. Kərimli qeyd edib ki, dövlət qurumları və bank sektoru vətəndaşların nəğdsiz ödənişlərə üstünlük verməsində maraqlıdır: "Vəsaitlərin kartlarda və cari hesablarda dövriyyəsi həm maliyyə nəzarətini gücləndirir, həm də iqtisadiyyatın daha şəffaf olmasına imkan yaradır" .

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 May 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri