Icma.az
close
up
RU
Nəhəng müəssisələr bir Holdinqdə birləşdi RƏY

Nəhəng müəssisələr bir Holdinqdə birləşdi RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Osman Gündüz: “Yəqin ki, hökumət effektiv mexanizmlər hazırlamağı nəzərdə tutur”


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs yaradılıb. Prezidentin imzaladığı Fərmanda qeyd edilir ki, yeni holdinqin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin qurulması məqsədi daşıyır. Fərmanda AZCON publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı da əlavə edilib. Ümumilikdə 13 dövlət müəssisəsi (QSC-lər, zavod, agentlik, istehsalat birliyi) holdinqin tərkibinə daxil edilib.  


Yeni meqa holdinqin yaradılması ilə bağlı “Sherg.az"a fikrini bildirən Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazrliyi yanında İctimai Şuranın üzvü Osman Gündüz qeyd etdi ki, Holdinqdə “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”,  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “BakuBus” kimi böyük MMC-lər, Bakı Gəmiqayırma Zavodu, həmçinin, RİNN-nin tabeliyindəki 6 qurum birləşir: 

“Prezidentin fərmanı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON-un Müşahidə Şurasının sədri təyin edilib. İcraçı direktor da Prezident tərəfindən təyin olunacaq. İlkin rəyim bundan ibarətdir ki, Fərmanda qeyd olunduğu kimi, səmərəlilik və rəqabətə davamlılıq baxımından sektorda daha münbit mühit yaratmaq üçün atılan addımı uğurlu hesab etmək olar.  Bu nəhəng dövlət qurumlarının içərisində, nəhəngliyinə baxmayaraq  hökumətdən subsidiya alanlar da var.  Güman ki, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün, gəlir gətirməsi üçün hökumət effektiv mexanizmlər hazırlamağı nəzərdə tutub. Düşünmək olar ki, hökumət bu qurumlara  gələcəkdə nəinki subsidiyalar vermək, əksinə onların hesabına büdcə gəlirlərini artırmağı hədəfləyib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri