Icma.az
close
up
RU
Nemət və dostu meydanda yığılan pulu nə ediblər? istintaq materialı yayıldı: SENSASİON MÜSAHİBƏ

Nemət və dostu meydanda yığılan pulu nə ediblər? istintaq materialı yayıldı: SENSASİON MÜSAHİBƏ

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nemət mənə yaxınlaşıb, “Juliklərin” meydanda pul yığdıqlarını dedi”

Nemət Pənahlının Əbülfəz Elçibəyi 10 milyon manat mənimsədə ittiham etməsi günlərdir müzakirə edilir. Elçibəyin silahdaşı olmuş şəxslər bu sözləri iftira adlandırır, qəti şəkildə təkzib edirlər.

Globalinfo.az 1988-ci il noyabrın 17-də başlanan Meydan Hərəkatının ilk mitinqlərinin təşkilatçısı, “Meydan sirləri” kitabının müəllifi Ənvər Əliyevlə müsahibəni təqdim edir:

– Ənvər müəllim, Azadlıq meydanında pul yığılması prosesi necə başlamışdı?

– Bununla bağlı Nemət Pənahlının 16 yanvar 1989-cu il dindirmə protokolundan məlumatları verim. Deməli, 18 yanvar 1989-cu il dindirmə protokolunda Rəsul Ələkbərov (yığılan pulu saxlayan şəxs) göstərir ki, noyabr ayının 19-da təxminən saat 12 radələrində Nemət mənə yaxınlaşıb, “Juliklərin” meydanda pul yığdıqlarını dedi. O, mənə inandığını və pulların mənim tərəfimdən yığılmasını təklif etdi. 17 yanvar 1989-cu il Pənahlı ilə Ələkbərovun üzləşmə protokolunda Nemət qeyd edir ki, idarəolunmaz pul yığımının qarşısını almaq üçün bu işi təmənnasız və tamamilə sadiq olan bir adam kimi Rəsul Ələkbərova tapşırdım. Xəbərdarlıq etdim ki, pulun gəlir və çıxarını jurnala qeyd etsin, pulu yalnız şəxsən mənim razılığımla versin. Burada Nemət Pənahlı əvvəlki ifadəsini təkrar edir və deyir: “Mən ayın 19-dan pul  yığımını yaxın və etibarlı dostum  Rəsul Ələkbərova tapşırdım”. Hər ikisi ifadələrini təsdiq edirlər. Bu məlumatlar SSRİ Prokurorluğu xüsusi işlәr üzrә istintaq qrupunun 1988-ci il 17 noyabrdan 5 dekabra kimi V.İ.Lenin adına meydanda keçirilmiş mitinqlәrin istintaq araşdırılmasına aid aparılmış 18/60522 saylı cinayәt işinin materiallarındandır.

Ənvər Əliyev

– Nemət Pənahlı deyib ki, meydanda xalq tərəfindən yığılan 10 milyon vəsaiti sonradan Əbülfəz Elçibəy mənimsəyib. Bu iddialar nə dərəcədə realdır?

– Nemət Pənahlının bütün sözləri yalandır. Əbülfəz Elçibəy həmişə pul yığımı məsələsinin əleyhinə olub. Amma Nemət həmin vaxt Meydanda mikrofonu əlinə alan kimi ən birinci pul söhbətini etdi. Bəy haqqında deyilən 10 milyon mənimsəməyə mən qətiyyən inanmıram. Adam danışdığına, dediyinə görə məsuliyyət daşıyar. Nemət Pənahlıda bu düşüncə yoxdur. Onun dediyi sözlərin mahiyyəti yoxdur. Əbülfəz bəyin 10 milyonu olsaydı, niyə prezident olurdu?

– Bu cür ittihamları Əbülfəz Elçibəyə yaraşdırırsınızmı?

– Əlbəttə, yox. Pul məsələsi ilə bağlı heç bir ittiham Elçibəyə yapışa bilməz.

– Pul nə üçün yığılırdı?

– Rəsul ifadəsində qeyd edir ki, pullar ancaq qaçqınlara və bir də Xalq Cəbhəsinin yaradılmasına sərf ediləcəkdir.

– Bəs həmin yığılan pulun taleyi necə oldu?

– O barədə bir söz deyə bilmərəm. İstintaqla bağlı olan məsələdir.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:26
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri