Meydanda yığılan 10 milyonu Elçibəy mənimsəyib Nemət Pənahlıdan sensasion iddia VİDEO
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlı sensasion iddia ilə çıxış edib.
Bakupost.az xəbər verir ki, o, Meydan hərəkatı vaxtı 10 milyon manat pul yığıldığını, həmin pulun AXC lideri, mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənildiyini bildirib.
N.Pənahlının sözlərinə görə, pul yığıldıqdan sonra o, həbsxanaya düşüb. Həbsdən çıxdıqdan sonra isə həmin vəsaitin taleyi ilə maraqlanıb və pulu saxlayan Rəsul adlı şəxsdən haqq-hesab tələb edib:
"Bir gün Rəsulun həyat yoldaşı bir hüzür yerində mənimlə görüşüb ağlayaraq dedi ki, sən elə bilirsən, Rəsul sənə xəyanət edir? O sənə xəyanət etməyib. O yığılan pulun 70 faizini Əbülfəz Elçibəyə verib, qalanını da dayısı aldadaraq əlindən alıb, bir hissəsini də pul yığanlar talan ediblər. Bundan sonra Rəsulun özünü də hədələyiblər ki, bu məsələni Nemətə desən, səni öldürəcəyik".
N.Pənahlı Rəsul adlı şəxsin həyat yoldaşının dediklərinə inandığını vurğulayıb:
"Buna əsasım var. Niyə? Faktiki olaraq Rəsulu tutmuşduq və həmin pulları nəyin bahasına olursa-olsun, boynuna qoymaq istəyəndə Əbülfəz bəy onu mənim əlimdən aldı, müdafiə etdi. Dedi ki, ayıbdır, sənin kimi şəxsiyyət burada pul söhbətini hallandırırsan, bu, sənə yaraşmır. Rəsul cəmi 40 min manat pul gətirdi. Ey Azərbaycan xalqı, o 40 min manatınızı da hesab edin ki, mən yemişəm. Mən demişəm ki, orada cəmi 40 min manat pul olub. Zərrə qədər də şübhəm yoxdur ki, o zaman minimum 10 milyon manat pul yığılıb. Ancaq adamdan pulu tələb etmişəm, gətirib mənə 40 min manat pul verib. Mən də Azadlıq Meydanında demişəm ki, mənə verilən pul budur. O pulla bağlı Rəsula inanmamışıq. Həmin vaxt mənim Əbülfəz Elçibəylə yaxın münasibətim olub və o, bütün varlığı ilə Rəsulu müdafiə edib. Ondan sonra da hakimiyyətə gələndə onu Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri qoyub".
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















