Zurabişvili bomba atdı: Baş nazir İrakli Kobaxidze... SENSASİON MÜSAHİBƏ
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın baş naziri İrakli Kobaxidze istefa verməlidir, çünki "böhranı həll edə bilmədi".
Publika.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
"Böhranı həll edə bilməyən baş nazir dəyişdirilməlidir və bu baş nazir istefa verəndən iki həftə sonra mən seçkilər təyin etməliyəm", - Zurabişvili Gürcüstanın Birinci Kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, “bu kompromisdir, depolarizasiyadır, Gürcüstan üçün çıxış yolu, sabitlik, sülh, sarsılmaz, azad və demokratik gələcəkdir”.
Zurabişvili iddia edib ki, “Gürcü arzusu” “Saakaşvilinin dövründə olduğundan daha da pisləşib”.
“Arzu”nun bir arzusu var ki, onların yeganə rəqibi həmişə Mişa olsun. Onlar hər şeyi təkrarladılar və Saakaşvilinin vaxtında olmayan şeyləri də əlavə etdilər: Rusiya avtoritarizmini, təkpartiyalı sistemi, seçki saxtakarlığını, insan haqlarının pozulmasını", - deyə Gürcüstan prezidenti bildirib.
Zurabişvili onu da bildirib ki, hakim partiyanın Avropa İttifaqı ilə üzvlük danışıqlarını birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul etmək hüququ yoxdur.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Dekabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















