Neolit restoranında yanğın VİDEO (YENİLƏNİB)
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
"Unikal" xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
09:27
Bakıda obyekt yanır.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Qeyd edək ki, hadisə M. Əliyev küçəsində yerləşən "Neolit" restoranında qeydə alınıb.
Yanğının söndürülməsi üçün tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Dekabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















