“Nəqliyyat kommunikasiya xətlərinin açılması fonunda Cənubi Qafqazın tranzit rolu güclənəcək”
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycanla Ermənistan arasında neft məhsullarının ixracına başlanması ilk növbədə iqtisadi rasionalizmin siyasi prosesləri qabaqlaya bildiyini göstərir. Bu addım tərəflər arasında illərlə mövcud olmuş qeyri-rəsmi və dolayı ticarət mexanizmlərinin artıq açıq və birbaşa formata keçə biləcəyinə işarədir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Nəcəfzadə deyib.
O bildirib ki, növbəti mərhələdə ixrac potensialı baxımından Azərbaycan üçün elektrik enerjisi, tikinti materialları, neft-kimya məhsulları, sement, metal məmulatları və kənd təsərrüfatı məhsulları ön plana çıxa bilər:
“Ermənistan tərəfdən isə əsasən yüngül sənaye məhsulları, bəzi kənd təsərrüfatı malları və emal məhsullarının idxalı mümkün görünür. İqtisadi baxımdan bu proses regionda logistika xərclərinin azalmasına, yeni bazarların formalaşmasına və ticarət dövriyyəsinin artmasına səbəb ola bilər. Xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin açılması fonunda Cənubi Qafqazın tranzit rolu güclənəcək. Bu isə təkcə iki ölkə üçün deyil, bütövlükdə region iqtisadiyyatı üçün əlavə dəyər deməkdir. Siyasi müstəvidə isə ticarət əlaqələri qarşılıqlı asılılıq yaradır ki, bu da gərginliyin azalmasına və sülh prosesinin davamlılığına töhfə verən əsas faktorlardan biridir. Tarixi təcrübə göstərir ki, iqtisadi maraqlar siyasi riskləri azaltmaqda effektiv alətə çevrilə bilir. Lakin prosesin davamlı olması üçün hüquqi mexanizmlər, gömrük və maliyyə infrastrukturunun şəffaf şəkildə qurulması vacibdir. Əks halda, bu addım simvolik xarakter daşımaqla məhdudlaşa bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Cənubi Qafqazın beynəlxalq nəqliyyat dəhlizləri sürətlə inkişaf edir“ “Qazaxinfo“
30 Noyabr 2025 20:31
Zəngəzur dəhlizinin açılması İrəvana Cənubi Qafqazın regional nəqliyyat infrastrukturuna inteqrasiya imkanı verəcək EKSPERT
10 Avqust 2025 12:53
Azərbaycanın tranzit jesti Cənubi Qafqazın gələcəyi dəyişəcək
22 Oktyabr 2025 13:25
Cənubi Qafqazın ən güclüsü...
26 İyun 2025 08:53
Cənubi Qafqazın nümunəvi ölkəsi
22 Yanvar 2025 11:03
Baxış sayı:40
Bu xəbər 29 Dekabr 2025 20:40 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları