Icma.az
close
up
RU
Cənubi Qafqazın nümunəvi ölkəsi

Cənubi Qafqazın nümunəvi ölkəsi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan Gürcüstanın qlobal iqtisadiyyata və enerji-nəqliyyat dəhlizlərinə bağlantısını genişləndirir

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə birgə icra olunan layihələr həm bu ölkənin regional mövqeyinin artmasına, həm də iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməkdədir. Respublikamızın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri bütünlüklə regional əməkdaşlığın genişlənməsi ilə yanaşı, qonşu dövlətin də dünya iqtisadiyyatına inteqrasiyasına dərin yol açır, qlobal bazarlara bağlayır. Bu baxımdan, Azərbaycanın müəllifi olduğu nəhəng enerji-nəqliyyat-kommunikasiya dəhlizləri Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir.

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələr iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının da inkişafını təmin etməkdədir. Hazırda iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollara yaxındır ki, onun da mütləq əsas hissəsi Azərbaycanın ixracıdır. Bu rəqəmlər bir daha təsdiq edir ki, qonşu ölkənin iqtisadi-ticari təminatının böyük bir qismi Azərbaycan tərəfindən həll edilir. Eyni zamanda, Gürcüstanın enerji, nəqliyyat, infrastruktur, yanacaq, kommunikasiyalar və s. sahələrində inkişaf layihələri də Azərbaycanın maddi dəstəyi ilə həyata keçirilməkdədir. İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamikasının nəticəsidir ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir.

Regionun ən güclü investoru

Azərbaycanın Gürcüstana böyük həcmdə investisiya yatırmasının əsası 2006-cı ilin sonlarından qoyulub. Həmin vaxt SOCAR Gürcüstandakı “Kulevi” terminalına sahib olub, 2008-ci ildə təsis olunmuş “SOCAR Energy Georgia” şirkəti Gürcüstanda  ilk yanacaqdoldurma stansiyasını açaraq bu şəbəkəni genişləndirib. Hazırda Gürcüstan ərazisində “SOCAR” brendi altında 50-yə yaxın stansiya fəaliyyət göstərir. Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi Azərbaycanın nəzarətindədir. Son illərdə bu ölkənin nəqliyyat, infrastruktur, enerji sektorlarının əsaslı şəkildə yenidən qurulmasında da ölkəmiz əsas maliyyə təchizatçısı kimi çıxış edib. Ümumilikdə, son 30 ildə Azərbaycan bu ölkəyə 4 milyard dollara yaxın  sərmayə qoyub. Həmçinin, Azərbaycan şirkətləri Gürcüstanda ən böyük vergi ödəyiciləridir ki, bu da fiskal yığımlarda da ölkəmizin təminatlı rolunu təsdiqləyir. Eləcə də Gürcüstanın bölgələrində zəruri infrastrukturlar da ölkəmizin sayəsində modernləşdirilib ki, bu da sosial əhəmiyyət daşımaqla əhalinin dayanıqlı kommunal xidmətlərlə təminatını yaxşılaşdırıb. Bütün bunlar onu göstərir ki, qonşu ölkənin iqtisadiyyatının əhəmiyyətli bir hissəsi Azərbaycanın maliyyəsi hesabına təmin olunur.

Azərbayca həm də Gürcüstanın dünyaya bağlantısını da təmin edən və Cənubi Qafqazdan Avropaya enerji-nəqliyyat tranzitlərinə qoşan lider dövlətdir. Qeyd edək ki, Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Həmçinin, Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 mln tondan 25 mln tona qədər yüksəldilib.

Gürcüstan Azərbaycanın liderliyi ilə milli inkişafını möhkəmləndirir

Hər iki ölkə qlobal əhəmiyyətli nəqliyat dəhlizləri üzərindən aparılan yük daşınmalarının intensivliyini daha da artırmaq üçün infrastrukturları müasirləşdirir, o cümlədən nəqliyyat qovşaqlarını rəqəmsallaşdırır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur ki, bu da beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi fonunda Gürcüstanın beynəlxalq nəqliyyat qovşaqlarına çıxışını daha da asanlaşdıracaq. Yeni İpək Yolunun Orta Dəhlizində öz strateji mövqeyini artıran Azərbaycan nəqliyyat sistemlərinin ötürücülüyünün daha da güclənməsində və şaxələnməsində xüsusi təşəbbüskarlıq etməklə yanaşı, Gürcüstanın da Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində rolunu artıracaq. Nəticədə də bölgədə nəqliyyat-logistika zənciri daha da genişlənməklə, Cənubi Qafqazın hər iki ölkəsini inkişaf etmiş mərkəzə çevirəcək, Şərq və Qərb arasında geosiyasi mövqeyini gücləndirəcək. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya “yaşıl enerji” körpüsünün salınması müasir iqtisadi fraqmentasiyaları formalaşdırır.

Ümumiyyətlə, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla, Cənubi Qafqazın transformasiyasına xidmət edir, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirir.

Beləliklə, Gürcüstan bütün iqtisadi layihələrdə təmsil olunmaqla həm öz iqtisadi infrastrukturlarını yaxşılaşdırır, həm də Azərbaycanın liderliyi ilə öz milli inkişafını möhkəmləndirmiş olur.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri