Icma.az
close
up
RU
Nəqliyyat sahəsində YENİLİKLƏR 10 metro stansiyasının açılmasının hansı ÜSTÜNLÜKLƏRİ OLACAQ?

Nəqliyyat sahəsində YENİLİKLƏR 10 metro stansiyasının açılmasının hansı ÜSTÜNLÜKLƏRİ OLACAQ?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində paytaxtın yol infrastrukturunun inkişafı ilə bağlı mühüm fikirlər səsləndirib. Dövlət başçısı qeyd edib ki, vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra edilib:
"Vaxtilə nə qədər problemlər var idi, hətta bax, buradan şəhərə getmək üçün, neçə dairə var idi.

MÖVZU İLƏ BAĞLI:
Bakıda 10 yeni metro stansiyası bu ərazilərdə olacaq – XƏRİTƏ


Mərdəkan dairəsi, Sabunçu dairəsi, Koroğlu dairəsi, ondan sonra Suraxanı dairəsi, hər dairədə tıxac, həmin o aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, yəni beton yolu adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Bunları sadalamaqla vaxt gedə bilər. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi".
Prezident qeyd edib ki, son illər nəqliyyat vasitələrinin sayı və iqtisadi fəallıq artır, bu səbədən şəhərdə yenə də tıxaclar yaranır:
"Ona görə mənim tərəfimdən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək...
Şəhər avtobus parkını elektrobuslarla əvəzləmək prosesi də başlamışdır. Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq".

Ekspertlər də hesab edir ki, yeni metrostansiyaların açılması paytaxtda yalnız sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəlməsinə deyil, tıxac probleminin həllinə də müsbət təsirini göstərəcək.
Metro yerin üstü ilə aparılacaq...
Nəqliyyat üzrə mütəxəssis Aslan Əsədovun fikrincə, Bakı şəhərində yaxın ərazilərdə metro xətlərinin inşası vacib element kimi dövlət başçısı tərəfindən prioritet məsələ kimi qoyulub:
“Bu sahədə əsas uğurlardan biri də yeni yaranacaq xətlərin digər şaxələnmə prinsipi üzrə inşa edilməsi ola bilər. Artıq 1 nömrəli Xəstəxana yaxınlığında yeni stansiyanın tikilişi yekunlaşmaq üzrədir. Eləcə də istər Xocahəsən – 8 Noyabr, istər Həzi Aslanov-Dərnəgül, istər “Cəfər Cabbarlı” – “Xətai” istiqaməti olsun, bu xətlərin genişləndirilməsi daha çevik və sürətli hərəkəti ehtiva edə bilər.

“Ağ şəhər", "Yeni Günəşli”,”Nargilə” kafesi istiqamətində yeni xətlər, Füzuli küçəsində yeni stansiyanın olacağı planlaşdırılır. Eləcə də, Qaraçuxur, Bakıxanov qəsəbələri, Xırdalan şəhəri, Badamdar qəsəbəsi istiqamətində, Nəbatat bağı, Sulutəpə-Müşfiqabad istiqaməti, Binəqədidə Rəsulzadə səmti,  “Dərnəgül”lə “Koroğlu” stansiyasının əlaqələndirilməsi, yaxud Böyük şor daxil olmaqla Hava Limanı istiqamətinin əlaqələndirilməsi düşünürəm, daha perspektivli və real görünür. Bütün bunlarla yanaşı, məkanın imkan verdiyi ərazilərdə metronun yerin üstü ilə aparılması da nəzərdə tutulan planlardandır”.
10 yeni metrostansiyanın tikintisi ilə bağlı sxem hazırdır...

İnşaatçı-mühəndis Azər Axundov da 10 metrostansiyasının tikintisinin paytaxt əhalisinin rahatlığının təmin olunması, infrastrukturun daha perspektivli olmasında mühüm rol oynayacağı qənaətindədir:

“Cənab Prezident çıxışında 10 yeni stansiyanın açılacağını qeyd etdi. Bununla bağlı sxemi nazir göstərmişdi. Yəqin ki, Prezidentin dediyi həmin stansiyalardır. Əgər stansiyalar həmin sxemə uyğun tikiləcəksə, bunlar Bənövşəyi xəttin Ağ şəhərə çatdırılmasıdır. 6 stansiyadan B4 hazırda Heydər Əliyev adına İdman Kompleksinin arxasında tikilir. B5 təxminən Xarici İşlər Nazirliyinin arxasında, B6 stansiyası isə Hökumət Evinin arxasında olacaq.  B7 Xətaidəki keçiddə, B8 də Ağ şəhərin şimal hissəsi, Babək Prospektində olacaq.
Böyük ehtimalla bir əlavə stansiya da Sahil stansiyasına keçiddə tikiləcək. Beləliklə, ilkin olaraq 6 stansiya inşa ediləcək. Bu ərazilər bizim təxminlərimizdir. Dəqiq necə olacaq, onu layihə açıqlananda görəcəyik”.
Yaşıl xəttə 4 yeni stansiya
Ekspert deyib ki, növbəti 4 stansiya isə Yaşıl xəttin “Xətai”dən sonrakı hissəsidir. Onlar - Y14, Y15, Y16, Y17 xətləri “Xətai” və Həzi Aslanov stansiyalarının arasında olacaq.

Ehtimallarımıza görə, Y14 Ağ şəhərdə, Y15 Xəzər Televiziyasının yaxınlığında, Y16 stansiyası “Nargilə”nin arxasında “Radiozavod” deyilən ərazidə, Y17 isə hamımızın bildiyi, çoxdan tikintisi gedən “Həzi Aslanov”un yarımçıq qalan ərazisində olacaq. Yəni bu istiqamətdə tamamlamaq istəyirlər”.
“Stansiyaların inşası 5 ilə bitəcək”
Ekspertin fikrincə, yeni stansiyalar eyni vaxtda istismara verilə bilər: “Cənab Prezident dedi ki, bu stansiyaların inşasını 5 ilə bitirmək olar. Təbii ki, eyni anda bütün stansiyaların inşasına başlanılsa, əlbəttə, bu, mümkündür. Çünki dünya təcrübəsində bu var. İstanbulda, Moskvada eyni vaxtda 4-5 stansiyanın açılışını edirlər”.
Azər Axundov qeyd edib ki, metro Bakı üçün alternativi olmayan nəqliyyat vasitəsidir:
“Çünki yerüstü nəqliyyat vasitələri tıxacda ilişib qalır, amma metroda tıxac olmur. Metromuzun yeganə problemi odur ki, xətlər kəsişir, ona görə də intervalları azalda bilmirlər və nəticədə stansiya dolur. 28 May stansiyasında bunu  görürük. Bunu üçün də xətlərin ayrılması gərəkdir. Yeni 10 stansiyanın tikilməsi həm də həmin işlərin bir hissəsidir. Bənövşəyi xətt 8 ildir açılıb. Artıq 4 stansiyası var. Amma xətt mərkəzdən keçmədiyi üçün bu gün çox effektiv işləmir. Çox insan daşımır.
Yeni  layihə həyata keçirilərsə, bu xətt mərkəzə gətiriləcək və Ağ Şəhərdən keçəcək. Nəticədə insanlar artıq 28 May əvəzinə, məsələn Hökumət Evinin qarşısındakı stansiyadan, Sahildəki keçid stansiyadan istifadə edə biləcəklər. 28 May və Yaşıl xətt nisbətən yüngülləşəcək. Bu baxımdan həmin layihə çox önəmlidir.
Stansiyaların sayı 76 olacaq

İkinci məsələ isə Xətai stansiyasının Həzi Aslanov staniyasına birləşdirilməsidir. Çünki “Xətai”də metroya minən insanlar bütün şəhəri fırlanmaq məcburiyyətindədirlər. Eləcə də, “Koroğlu” stansiyasında da xeyli sayda sərnişin minir və nəticədə sıxlıq yaranır. Amma yeni layihə həyata keçirilərsə, həmin insanların 28 May-a gəlməsinə ehtiyac qalmayacaq. Onlar  “Həzi Aslanov”dan birbaşa “Cəfər Cabbarlı”ya gələ biləcəklər. Bununla da şəhərə gələn yola alternativ yaranacaq. “Koroğlu”, “Xalqlar Dostluğu” tərəf də nisbətən boşalacaq. Bu baxımdan, qeyd olunan planlar çox önəmlidir”.

Ekspert onu da deyib ki, metronun  konseptual inkişaf planına görə, stansiyaların sayı 76 olmalıdır:

"Bu, çox uğurlu plandır və bütün şəhəri əhatə edəcək. Bunun hamısını eyni anda həyata keçirmək çətindir. Ona görə də mərhələlərə bölüb həyata keçirirlər. Çox doğru və əhəmiyyətli qərardır. Onu da qeyd edim ki, Bənövşəyi xəttin stansiyaları 5 vaqonluq yox, 7 vaqonluqdur. Bu da çox əhəmiyyətli məsələdir. Yəni Bənövşəyi xətlə daha çox adam daşımaq mümkün olacaq. Güman ki, prioritetlər buna görə seçilib", - deyə ekspert əlavə edib.
Rəna Cumaqızı, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see195

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see175

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see164

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see152

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see139

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see138

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see134

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see130

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see122

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see121

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see120

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see120

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see119

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see119

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see119

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri