Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycan İsrail: Yüksələn xətlə inkişaf edən əməkdaşlıq

Azərbaycan İsrail: Yüksələn xətlə inkişaf edən əməkdaşlıq

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycanın milli maraqlara və beynəlxalq prinsiplərə əsaslanan multiregional xarici siyasət kursu dünyada ölkəmizə böyük nüfuz qazandırıb. Qısa müstəqillik tarixində ayrı-ayrı coğrafiyalarda ölkəmizə dost dövlətlərin sayının artması bunun əyani təsdiqidiir. Belə dövlətlərdən biri də İsraildir.

Bu günlərdə İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyətinin respublikamıza səfərə gəlməsi və səfər çərçivəsində baş tutan görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı önəmli müzakirələrin aparılması Azərbaycanla İsrail arasında  əməkdaşlığın yüksələn xətlə inkişaf etməsinin daha bir təsdiqinə çevrildi. Səfər çərçivəsində Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Eləcə də, dost ölkənin yüksək səviyyəli rəsmisi  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və bir sıra digər mühüm tədbirlərə qatılıb. Səfər gündəliyinin belə geniş olması ondan xəbər verir ki, hər iki tərəf əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Dinamik səciyyə daşıyan siyasi dialoq

Bu gün Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlərdə məmnunluq doğuran yüksəksəviyyəli münasibətlərin təməlində dayanan əsas amil siyasi dialoqun dinamik səciyyə daşımasıdır. Hər iki dövlətin davamlı və qətiyyətli siyasi iradəsi sayəsində formalaşan əməkdaşlıq davamlı olaraq inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müstəqil Azərbaycanmla İsrail Dövləti arasında münasibətlər ötən əsrin doxsanıncı illərinin əvvəllərindən formalaşmağa başlayıb. İsrail 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci il aprelin 7-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin daha da inkişaf etməsinə mühüm töhfə olub. Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda, dost ölkənin Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupu yardılıb. İndiyədək Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 sənəd imzalanıb.

İki dost ölkə arasında qarşılıqlı etimadın göstəricisi olaraq yüksəksəviyyəli nümayəndə heyətlərinin səfərləri davamlı hal alıb.  Azərbaycan və İsrail prezidentləri müxtəlif beynəlxalq platformalarda müntəzəm qaydada görüşərək aktual müzakirələr aparırlar. Dövlət başçısları arasında sonuncu belə görüş bu günlərdə Davos İqtisadi Forumu çərçivəsində baş tutub. Həmin görüşdə Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib, həmçinin dövlət başçıları əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Bəhs olunan qəbulda isə ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulanıb, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edilib, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunulub.

Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulanıb.

İki dost ölkə sülh və sabitliyin tərəfdarıdır

Azərbaycan və İsrail davamlı olaraq ərazi bütövlüyü və suverenlik prinsiplərindən çıxış edirlər. Dost ölkə 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın haqq mübarizəsinə dəstək verib. Eyni zamanda, İsrail Azərbaycanın işğaldan azad olunmuş ərazilərində reallaşdırılan layihələrin həyata keçirilməsində fəal iştirak edir. Öz növbəsində Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Ölkəmizin mövqeyini xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə bir daha diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycanın Qəzza zolağındakı atəşkəsin davamlı olması arzusunu İsrail tərəfinin diqqətinə çatdırıb. Azərbaycan həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulub. Prezident İlham Əliyev bu günlərdə Davosda müvafiq sənədi imzalayıb.

Görüşlərdə vurğulandığı kimi, İsrail Dövləti Azərbaycanın regionda sülh mövqeyindən çıxış etməsini yüksək dəyərləndirir. Postmüharibə dövründə qalib Azərbaycanın təşəbbüsü ilə başlayan sülh prosesi məntiqi sonluğa çatmaq üzrədir. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ, Ermənistan liderlərinin iştirakı ilə yekun sülh sazişinin mətninin paraflanması və digər razılaşmaların əldə olunması sülh yolunda atılan çox mühüm addımlardır. Vaşinqton görüşünün nəticəsi olaraq artıq regionda sülh bərqərar olub və hazırda etimad quruculuğu istiqamətində fəal iş aparılır. İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, Vaşinqtonda əldə edilmiş nəticələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı. Onun sözlərinə görə, inkişaf etmiş iqtisadiyyata malik olan İsrail və Azərbaycan regionlarımızda sabitliyin dayağıdır.

Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğı

İsrailin xarici işlər naziri Gideon Saar qəbulda  Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Nazirin məmnunluğu ölkəmizin reallıqlarından qaynaqlanır. Bu gün dünyada multikulturalizmlə bağlı ciddi problemlər yaşanmasına baxmayaraq, Azərbaycan tarixdən gələn tolerantlıq ənənələrini qoruyub saxlayır. Hazırda  ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır, əksinə, biz bununla qüruur duyuruq.

O cümlədən respubllikamızda yəhudilər də əmin-arxayın yaşayaraq öz həyatlarını qururlar və mədəniyyətlərini inkişaf etdirlər. Bu gün yəhudilər Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsini təşkil edirlər. Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi hörmətlə çəkilir.

Yəhudilərin Bakıda ilk ibadət evləri 1832-ci ildə inşa olunub. Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş SSRİ-də yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir. Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı- Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən və Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin iştirakı ilə Təhsil Mərkəzinin açılışı baş tutub. Bundan başqa, Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:342
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri