Nəriman Axundzadə MLS də ilk qələbəsini qeyd etdi
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan futbol yığmasının və ABŞ-nin “Kolambus Kryu” klubunun hücumçusu Nəriman Axundzadə MLS-də (Major League Soccer - Ali Futbol Liqası) növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, 21 yaşlı forvard müntəzəm mövsümün altıncı turu çərçivəsində “Atlanta Yunayted”ə qarşı səfər matçında iştirak edib. Gənc futbolçu qarşılaşmanın 90-cı dəqiqəsində Andres Erreranı əvəzləyib.
Görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə “Kolambus Kryu” üçün cari mövsümdə ilk qalibiyyət olub.
Qış fasiləsində “Qarabağ”dan transfer edilən Axundzadənin ABŞ təmsilçisi ilə 2029-cu ilin yayınadək müqaviləsi var.
Bu mövzuda digər xəbərlər:Nəriman Axundzadə rəsmən MLS də
11 Fevral 2026 00:10
Nəriman Axundzadə karyerasını MLS də davam etdirəcək?
08 Fevral 2026 00:50
Nəriman Axundzadə MLS də darmadağına şahid oldu
11 May 2026 09:31
Nəriman Axundzadə “Molde”də
27 Mart 2025 00:59
Nəriman Axundzadə debüt etdi
21 Mart 2026 23:14
Baxış sayı:151
Bu xəbər 05 Aprel 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















