Icma.az
close
up
RU
Nəriman girdi, uduzduq söhbəti ayıbdır İdman mütəxəssisi

Nəriman girdi, uduzduq söhbəti ayıbdır İdman mütəxəssisi

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Mənim yaşım 40-ı keçib. 21 yaşlı bir gəncin ölkə səviyyəsində linç olunması bu yaşımda belə rahat izləyə bildiyim bir proses deyil. Bütün futbol təcrübəm, bu idman növünün hər çətinliyini, cəfasını yaşamış biri kimi kifayət etmədi ki, baş verənləri sakitliklə izləyəm, ürək ağrısı keçirməyəm. İndi siz, təzyiqə məruz qalanın psixoloji vəziyyətini təsəvvür edin”. 

Ölkə.Az xəbər verir ki, bu sözləri idman mütəxəssisi Rəsul Allahverdiyev sosial şəbəkələrdə yazıb. O, "Qarabağ" - "Ayaks" qarşılaşmasında rəqib komandanın qol vurduğu epizodları anbaan xatırladaraq məğlubiyyətin səbəbkarının Nəriman olmadığını bildirib:

“"Qarabağ" Çempionlar liqasında oynadığı günlər ölkədə  bütün diqqətlərin futbola yönəlməsi yaxşı haldır. Ömürlərində əminəm ki, bir Azərbaycan çempionatı oyununa gəlməmiş, futbolun hardan başladığından, futbolçunun necə yetişdiyindən, hansı əziyyətlərlə peşəkar səviyyələrə gəldiyindən xəbəri olmayanlar da... Məşhur jurnalist, televiziya tənqidçisi Qulu Məhərrəmlidən, tik-tok populyarları, manıs tayfasına qədər linç kampaniyasının içində idilər.
Axşama doğru biraz ürəyi yumşalanlar görünməyə başladı. Yazdılar ki, nahaqdır bu təzyiqlər, "Nəriman uşaqdı, bir səhvdi eləyib, gələn oyunda eləməz". 
Oyunu dünən izləmişdim. Dedim bəlkə mən də səhv izləmişəm, bir də izləyim, görək yeni "xalq düşməni" harada səhv edib, səhvi nə olub? 59-cu dəqiqədə Axundzadə Andradenin yerinə oyuna daxil olur. Əvvəl bu dəyişiklik haqda, bir neçə kəlmə deyək. 

Bilməyənlər üçün yazıram, bu səviyyədə komandalar bütün oyunlarda oyunçunun performansını anlıq izləyən xüsusi jiletlərdən istifadə edirlər. 
Deməli, Andradeni hər oyunda 60-cı dəqiqələrdə əvəzləmək xüsusi bir qərəz və ya niyyət deyil. Adamın üzərindəki texniki vasitə göstərir ki, oyunçu yorulub, fiziki imkanları zəifləyib və davam edəcək vəziyyətdə deyil. 

Ehtimal ki, həmin o texniki vasitələr həm də göstərir ki, ağır meydançada 60 dəqiqədir yüksək təzyiq edən Duran da yorulmaq üzrədir. Deməli, Andradeni elə adamla dəyişməlisən ki, sonradan Duranı əvəz edəndə irəli ucda mövqelər üzrə oyunçular düz gəlsin. Variantlar isə Axundazdə və Kaşukdur. "Qarabağ"ın bundan əvvəl oynayıb udduğu oyunlarda da bu şəkildə olub. Oyundan çıxan oyunçuların ardıcıllığı eynidir. Fiziki imkanlarına görə kimin gücü neçə dəqiqə oynamağa çatır, aşağı-yuxarı aydındır. 

İndi gələk, Nərimanın oyunda olduğu müddət ərzində buraxılan qollar ilə əlaqəsi və ümumi planda səhvləri məsələsinə...
Rəqibin hesabı bərabərləşdirdiyi 79-cu dəqiqədən əvvəl əks hücum zamanı Koxalski komandanı real qoldan xilas etmişdi. Addai Yankoviçin ara pası ilə rəqibin cərimə meydançasına daxil olur, qapıya zərbə vurur və qapıçı topu tutur. Yaroş əli ilə topu 30-40 metr mərkəzdəki komanda yoldaşına atır və o da birə-birdə Mateus Silvanı keçir, 30 metr driblinq edir, cərimə meydançamızın önünə gəlib Qaeyə ara pası verir. Onun isə uzaq dirəyin önünə kəsdiyi topa Konadu zərbə endirir, Koxalski topu çıxarır. 

Epizodun ardından "Qarabağ" topa sahib olur və Zubirə qarşı mərkəz dairəsi yaxınlığında kobud oynayırlar. Cərimə zərbəsindən sonra topu adi epizodda itiririk. "Ayaks" öz sağ cinahında bir iki ötürmə etdikdən sonra, oyunu yenidən qurmaq üçün stoperlərə dönür. Reger öz müdafiəsinə gəlir Kaşuku öz üzərinə çəkib sol stoperinin rahat istifadə edə biləcəyi pas koridoru yaradır. Bu epizodda Axundzadə ukraynalının boşaltdığı zonanı bağlamağa çalışır, Baasa pressinq edir, ancaq məsafə çox olduğundan çatması mümkün olmur. Onunla başlayan hücum 2 ötürmə sonra Qloxun driblinqi və zərbəsi ilə nəticələnir: 2:2. 

...3 dəqiqə sonra. "Qarabağ" hücum edir. Addai topu sol cinahda açılan Kaşuka ötürür. Kaşuk cərimə meydançasına daxil olmağa çalışan Zubirə qeyri-dəqiq ötürmə edir. Rəqib topu alır və sürətli hücuma keçir. Qlox driblinqdən sonra Konaduya, o da pauza etmədən 60 metr qaçıb Elvin Cəfərquliyevi də gerisində qoymuş sağ cinah müdafiəçisi Qaeyə ötürmə edir: 2:3.  

...Və sonuncu qol. Nəriman cərimə meydançasının içərisində yaxşı açılır, lakin ötürməni qəbul edərkən top ayağından sürüşür. Buna baxmayaraq o, sürüşmə fəndi ilə topu yenidən Bolta qazandırır. Boltun arxasında daha iki oyunçumuz olduğu halda orada qarşılıqılı anlaşmazlıq yaranır. Topu itirib yerə yıxılan brazilyalı cərimə zərbəsi gözləyir, irəlidəki digər oyunçularda da kiçik pauza yaranır. Rəqib isə tək pasla müdafiəmizi üçə-üç yaxalayır: 2:4. 
Bu 3 qolu anbaan yazdım. Haradadır Nərimanın səhvi? Səhv nədən ibarətdir. 
Səhv axtarırıqsa, Kaşukda var, Cəfərquliyevdə var, Silvada var, Zubirdə var, Boltda var. Axundazdədə?..Pressinq edir, itirdiyi topu yenidən alır, zona bağlayır, açılır, top istəyir. Hə nə isə alınır, nə isə alınmır. "Səhv" buna deyirsiniz?

Ümumiyyətlə, bu oyunçu meydanda olduğu 30-35 dəqiqədə "Qarabağ"ın hücumlarını gücləndirmədi. Qurban Qurbanovun da oyundan sonra dediyi kimi, daha yaxşı oynaya bilərdi. Lakin, "Nəriman girdi, uduzduq" söhbəti ayıbdır. Məhəllə, küçə söhbətidir. 

Futbolda hücum mövqeyində oynayan oyunçuların müəyyən qədər top itirmək krediti var. Ora hərbi dildə desək, "ön cəbhə"dir. Əgər qələbə istəyirsənsə, müəyyən itkilər verməyi də gözə alacaqsan.

Lakin Nərimanın "Ayaks" qarşı oynadığı 35 dəqiqə ərzində itirdiyi heç bir topdan sonra rəqib hansısa ciddi hücuma keçməyib. Hətta künc zərbəsi zamanı soldan ötürülən top rəqibə keçdiyi zaman əks-hucumun qarşısını taktiki faulla aldığı epizod var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Dekabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri