Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Açıq Kubokunun dörddəbir final mərhələsində “Kolumbus Kru” komandası “Nyu-York Siti”ni 1:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, “ScottsMiracle-Gro Field” stadionunda keçirilən qarşılaşmada oyunun taleyini Maks Arfsten həll edib.
Görüş uzun müddət qolsuz davam etsə də, futbolçu matçın sonlarına yaxın fərqlənərək, komandasına qələbə qazandırıb.
Qol epizodunda Azərbaycan millisinin üzvü Nəriman Axundzadə məhsuldar ötürmə müəllifi olub. O, sağ cinahdan topu Maks Arfstenə çatdırıb, futbolçu isə təxminən 17 metr məsafədən dəqiq zərbə ilə hesabı açıb.
Bu qələbə “Kolumbus Kru” üçün yeni baş məşqçi Loran Kurtuanın rəhbərliyi altında ilk uğur olub. Klub bir neçə gün əvvəl baş məşqçi Henrik Ridströmlə yollarını ayırmışdı.
“Kolumbus Kru” klub tarixində beşinci dəfə ABŞ Açıq Kubokunun yarımfinalına yüksəlib. Komanda bu mərhələdə sentyabr ayında “Orlando Siti” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 21 May 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















