Nərimanovda sevgilisini döyən kişi ilə bağlı qərar verildi
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Camal (ad şərtidir – red.) sevgili münasibətində olduğu Ruhiyyəyə (ad şərtidir – red.) xəsarət yetirib.
İstintaq sənədlərinə görə, onlar arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Bu zaman Camal qəsdən əli ilə Ruhiyyənin sifət nahiyəsinə vuraraq ona xəsarət yetirib.
Camal barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə araşdırması zamanı tərəflərin barışdığı məlum olub. Zərərçəkmiş şəxs Camalı bağışlayaraq ondan şikayətçi olmadığını bildirib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Camal cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 Noyabr 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















