Icma.az
close
up
RU
Nəsiminin Şamaxıdan Hələbə aparan səbəblər etnik bənzərliyimizdir Millət vəkili

Nəsiminin Şamaxıdan Hələbə aparan səbəblər etnik bənzərliyimizdir Millət vəkili

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə səfiri Cahit Bağçını qəbul edərkən deyib. Bu, Azərbaycanla İsrail arasındakı münasibətlərə hansısa formada təsir edə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlət fəlsəfəsinə söykənərək, Şuşa Bəyannaməsinin  hər iki dövlətə verdiyi hüquqi öhdəliklərlə birlikdə öz xarici siyasətini təyin edir:
“Bu xarici siyasət heç şübhəsiz ki, sülhə, əməkdaşlığa söykənir. Ona görə də, 13 il davam edən müharibədən çıxmış Suriyada Türkiyə və Azərbaycanın birgə fəaliyyəti onların sülhə və humanitar problemlərin həllinə verəcəkləri töhfəni daha da güclü edəcəkdir. Nəticə etibarilə Suriya coğrafiya baxımından bizə uzaq görülsə də, mədəniyyət və dil coğrafiyası baxımından çox yaxındır. Çünki bu gün Suriya əhalisinin 70 %-ə qədəri türkçə danışır, amma onların içərisində yerli etnik qruplar var ki, Bayır-Bujaq türkmənləri, Çolanı türkmənləri Azərbaycan ləhcəsinə daha yaxın bir türkçədə danışırlar. Bu bizim mədəni coğrafiyamızdır. Əgər bu gün Nəsiminin məzarı Hələbdədirsə, demək Nəsiminin Şamaxıdan Hələbə aparan səbəblər etnik bənzərliyimiz idi. Ortaq mədəni coğrafiya olmağımızdan irəli gəlirdi. Biz bu gün necə deyə bilərik ki, Hələb vətən deyil, biz necə deyə bilərik ki, Nəsiminin məzarı vətən deyil”.
Millət vəkili onu da qeyd edib ki, tarixə ekskursiya edib bir sosial arxeologiya apardıqda Suriyanın bizə nə qədər yaxın bir coğrafiya olduğu ortaya çıxır:
“Ona görə də bu coğrafiyanın və bu tarixi bağların yaratdığı bir də mədəni, siyasi, humanitar məsuliyyət var ki, Azərbaycan qardaş Türkiyə ilə birlikdə məsuliyyətdən çıxış edərək, Türkiyədə ortaq humanitar yardım fəaliyyətinə başlayıb. İlk belə yardımı artıq Azərbaycan tərəfi Türkiyə üzərindən göndərib. Bundan sonrakı tərəfdaşlıq, əməkdaşlıq və digər humanitar problemlərinin həlli ilə bağlı da Azərbaycan və qardaş Türkiyənin birgə sinxron hərəkatlarını biz görəcəyik. Çünki nəticə etibarilə bu gün Suriyadakı gerçəkliyi yaradan həm Türkiyə, həm də Azərbaycan faktorudur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri