Icma.az
close
up
RU
Netanyahu elan etdi Daha 4 ölkə İrana qarşı birləşir

Netanyahu elan etdi Daha 4 ölkə İrana qarşı birləşir

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Yaxın Şərqdəki mühüm dövlətlərlə birlikdə İran təhdidinə qarşı yeni ittifaqlar qurduğunu bildirib. O, bu barədə yaxın zamanda daha ətraflı məlumat veriləcəyini söyləyib.

Netanyahunun anonsunu verdiyi bu ittifaq hansı ölkələri əhatə edə bilər?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Netanyahunun nəzərdə tutduğu ölkələr böyük ehtimalla Körfəz dövlətləridir:

“Məlum olduğu kimi, İran müharibə başlayandan sonra ABŞ və İsrailə cavab olaraq Küveyt, Qətər, BƏƏ, Bəhreyn və Omana zərbələr endirdi. Onu da qeyd edim ki, müharibədən əvvəl də adını çəkdiyim bu ölkələrin Tehran hökuməti ilə ciddi problemləri mövcud idi. Məsələn, Bəhreynlə İran arasında uzun müddətdir davam edən gərginlik var. Çünki daha əvvəl İranın dəstəyi ilə həmin ölkədə kralın devrilməsinə cəhd göstərilib. Bəhreyndə əhali əsasən şiə olsa da, hakim kral ailəsi sünnidir.


Zeynal Əmrəliyev

Tehranın BƏƏ, Küveyt və Səudiyyə Ərəbistanı ilə daha çox ideoloji mübarizəsi mövcuddur. İrandakı şiəliklə regiondakı digər dini-siyasi cərəyanlar bir-birinə zidd mövqedə dayanır. Bu da dini-ideoloji rəqabət yaradır. Ona görə də bu gün İsrail həmin ölkələri İrana qarşı bir araya gətirməyə çalışa bilər. ABŞ Prezidenti Donald Tramp da belə bir ittifaqın qurulmasını istəyib və bu, əslində yeni layihə deyil.

Belə ki, vaxtilə ata Corc Buş İraqa müdaxilə üçün belə bir koalisiya formalaşdırmaq istəyirdi. Həmin dövrdə İranla müəyyən danışıqlar aparılır və Səddam Hüseynə qarşı Tehranın da bu koalisiyaya cəlb edilməsi müzakirə olunurdu. Lakin hazırda vəziyyət fərqlidir – indi isə əksinə, İranın özünə qarşı koalisiya formalaşdırılır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri