Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Netanyahu ilə rəqibinin taleyi İsrail ərəblərindən ASILIDIR

Netanyahu ilə rəqibinin taleyi İsrail ərəblərindən ASILIDIR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsraildə keçirilən parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ koalisiya bloku 53 mandat qazanıb. Qadi Ayzenkotun liderlik etdiyi müxalifətin “Dəyişiklik bloku” isə 47 yerə sahiblənə bilib. Seçkilərin ən diqqətçəkən nəticəsi isə İsraildəki ərəb icmasının yüksək seçici fəallığı və tarixi uğuru olub.

Modern.az xəbər verir ki, seçkinin nəticəsinə görə, ərəb partiyalarının İsrail parlamentdəki ümumi təmsilçiliyi 19-a yüksəlib. Heç bir siyasi blokun hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə bilməməsi ərəb partiyalarını mümkün koalisiya ssenarilərində həlledici aktora çevirib.

“İçəridəki ərəblər” kimlərdir?


İsrail dövləti 78 il əvvəl, 1948-ci ildə qurularkən bölgə yəhudilər və ərəblər arasında bölüşdürülmüşdü. Lakin həmin il baş verən müharibədən sonra İsrailin sərhədləri genişləndi.

Həmin dövrdə təxminən 1,2 milyon ərəbin yaşadığı Britaniya Fələstin Mandatı ərazilərində böyük dəyişikliklər baş verdi. Ərəblərin “Nəkbə” (Böyük Fəlakət) adlandırdığı proses zamanı 700 mindən çox insan yaşadığı yerlərdən didərgin düşdü. İsrailin genişlənən sərhədləri daxilində qalan təxminən 150 min ərəb isə zamanla İsrail vətəndaşlığı aldı.

Lakin yəhudi vətəndaşlardan fərqli olaraq, bu əhali 1966-cı ilə qədər, düz 18 il ərzində hərbi idarəçilik və fövqəladə vəziyyət rejimi altında yaşamağa məcbur edildi.

İsrailin 1967-ci ildə Şərqi Qüdsə nəzarəti ələ keçirməsindən sonra həmin ərazidə yaşayan ərəblər də bu prosesə daxil oldular.
Bu tarixi proseslərin nəticəsində bu gün İsrail əhalisinin təxminən 21 faizini ərəblər təşkil edir. Söhbət sayları 2 milyona çatan İsrail vətəndaşı ərəblərdən gedir.

İsrailli ərəblərin əhəmiyyətli hissəsini sünni müsəlmanlar təşkil etsə də, onların arasında xristianlar və İsrail kimliyini daha güclü mənimsəyən druzlar da var.

Bu icma İordan çayının qərb sahilində, Qəzza zolağında və Şərqi Qüdsdə yaşayan fələstinlilərlə, eləcə də İordaniya, Livan və Suriya kimi ölkələrdəki fələstinli diasporla dərin tarixi, mədəni və ailə bağlarını qoruyub saxlayır.

İsrail hökumətinin sənədlərində və ölkə mediasında bu əhali, əsasən, “israilli ərəblər” və ya sadəcə “ərəblər” adlandırılır. Lakin bu terminlər icmanın bütün üzvləri tərəfindən qəbul edilmir.

Vətəndaşların əhəmiyyətli bir hissəsi özünü “İsrail vətəndaşı olan fələstinlilər” kimi təqdim edir. Digər qismi isə İsrail kimliyini tamamilə rədd edərək yalnız “fələstinli” ifadəsindən istifadə edir.

Fələstinlilər və ərəb dünyasının digər nümayəndələri isə 1948-ci ildən sonra İsrailin sərhədləri daxilində qalan bu əhalini “İçəridəki ərəblər” və ya “48 ərəbləri” adlandırırlar.

İsraildə ərəb ailələrinin yarıdan çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Yəhudi ailələri arasında isə bu göstərici təxminən 20 faizdir.

Ərəb seçicilərdən rekord iştirak

İsraildə ərəbləri təmsil edən siyasi partiyalar mövcud olsa da, ərəb vətəndaşlarının seçkilərə marağının aşağı olması səbəbindən həmin partiyalar 27 oktyabr 2026-cı il seçkilərinə qədər parlamentdə ən çox 15 mandat əldə edə bilmişdilər.

Son seçkilərin hələ dəqiqləşməmiş nəticələri isə ərəb partiyalarının ən azı 19 mandat qazandığını göstərir.

Ekspertlər hesab edirlər ki, hazırkı baş nazir Benyamin Netanyahunun yenidən vəzifəyə gəlməsini istəməyən ərəb seçicilər bu dəfə daha fəal şəkildə səsverməyə qatılıblar.

Nəticələr arasındakı fərqin çox az olması səbəbindən həm Ayzenkotun, həm də Netanyahunun ərəb partiyalarını əvvəlki kimi nəzərə almadan siyasi qərarlar verməsi çətinləşib.

İsrail parlamentində – Knessetdə uzun illər təsirsiz qalan ərəb partiyaları müstəqil siyasi fəaliyyət göstərmək prosesində çoxsaylı maneələrlə üzləşiblər.

Zamanla ərəblər hakim, səfir və bələdiyyə sədri kimi vəzifələrə gəlsələr də, qərarların qəbuluna təsir imkanları məhdud qalıb. Cinayətkarlıq səviyyəsi və infrastruktur problemləri ilə bağlı şikayətlər çox vaxt diqqətdən kənarda qalıb, onların təmsil olunduğu partiyalar isə koalisiya hökumətlərinə buraxılmayıb.

Bu vəziyyət ilk dəfə 2021-ci ildə dəyişib. “Birləşmiş Ərəb Siyahısı” bloku müəyyən islahatların həyata keçirilməsi müqabilində Netanyahunu hakimiyyətdən uzaqlaşdıran koalisiyaya qoşularaq tarixi addım atıb.


Seçkilər bitdi, siyasi mübarizə başladı

İsraildə seçkilər başa çatsa da, ölkənin siyasi gələcəyi hələ də qeyri-müəyyəndir. Baş nazir Benyamin Netanyahu hakimiyyətdə qalmağın yollarını axtararkən, onun rəqibi, keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot dəyişiklik vədini hökumətə çevirməyə çalışır.

Lakin seçkilərin nəticələri İsrailin dərin siyasi və ictimai qütbləşməni aradan qaldıra bilmədiyini göstərir. Üstəlik, seçkilərin ən diqqətçəkən hadisəsi olan ərəb-fələstinli partiyaların yüksəlişi də hökumət qurmaq böhranını həll etməyə kifayət etmir.

İsrailin qarşısında üç əsas seçim var: ərəb partiyalarının dəstəyi ilə azlıq hökumətinin qurulması, Netanyahu ilə rəqiblərinin razılığa gələrək birlik hökuməti yaratması və ya ölkədə yenidən seçkilərin keçirilməsi.

Birinci variant getdikcə çətinləşir, digər iki ssenari isə siyasi mübarizənin əsas istiqamətlərinə çevrilir.

Netanyahunun planı

Netanyahu seçki gecəsi sağçı müttəfiqlərinə təşəkkür edib və “sionist çoxluğun birləşməsinin vacibliyini” bildirib.

Bu açıqlama yalnız seçkilərin qiymətləndirilməsi deyil, həm də yeni dövrün siyasi strategiyasının göstəricisi kimi şərh olunur.

Netanyahu bir tərəfdən ifrat sağçı siyasətçilər Ben-Qvir və Smotriçlə, eləcə də ultraortodoks partiyalarla ittifaqı qorumağa çalışır. Digər tərəfdən isə müxalifətdəki sağ və mərkəzçi partiyalara qapını açıq saxlayır.

Lakin Netanyahunun qarşısındakı əsas problem mövcud müttəfiqləri ilə hökumət qurmaq üçün lazımi çoxluğu təmin edə bilməməsidir.

Bu səbəbdən Ayzenkotun və ya digər müxalifət liderlərindən birinin mövqeyini dəyişməsi Netanyahunun hakimiyyətdə qalmasını təmin edə biləcək variantlardan biri hesab olunur.

Netanyahunun başqa bir üstünlüyü də var: yeni hökumət qurulana qədər o, müvəqqəti baş nazir kimi fəaliyyətini davam etdirəcək.

Bu vəziyyət siyasi böhranın uzanmasını onun üçün mütləq itkiyə çevirmir.

Ayzenkotun çıxılmaz vəziyyəti

Qadi Ayzenkot seçki gecəsi İsrail xalqının dəyişiklik istədiyini və Netanyahunun vəzifədən getməli olduğunu bildirib.

Lakin seçkilərdən sonra yaranmış mənzərə dəyişiklik hökuməti qurmağın asan olmayacağını göstərir.

Ayzenkotun variantlarından biri ərəb-fələstinli partiyaların dəstəyi ilə azlıq hökuməti yaratmaqdır. Ancaq müxalifətin sağçı liderləri Naftali Bennett və Aviqdor Liberman ərəb partiyalarının dəstəyinə arxalanan hökumətə qarşı olduqlarını açıqlayıblar.

Belə bir hökumətin qurulması üçün Mansur Abbasın rəhbərlik etdiyi RAAM partiyasının fəal dəstəyi, “Birləşmiş Siyahı”nın isə ən azı hökumətin yaradılmasına mane olmaması tələb olunur.

Bu formul yalnız ərəb partiyalarının mövqeyindən deyil, həm də Netanyahuya qarşı olan yəhudi partiyalarının birlikdə hərəkət edə bilməsindən asılıdır.

Ayzenkotun qarşısındakı əsas ziddiyyət aydındır: Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün ərəb partiyalarına ehtiyacı var, lakin öz siyasi müttəfiqlərinin bir hissəsi onların dəstəyini qəbul etmir.

Birlik hökuməti qurulacaq?

İsraildə getdikcə daha çox müzakirə olunan variantlardan biri Netanyahunun rəqibləri ilə eyni hökumətdə təmsil olunmasıdır.

Lakin bu, asan görünmür.

Qadi Ayzenkot və digər müxalifət liderləri seçki kampaniyası zamanı Netanyahu ilə hökumət qurmayacaqlarını bəyan ediblər.

Xüsusilə baş nazirliyin növbəli şəkildə həyata keçirilməsi formulunda Netanyahunun razılaşmanı poza biləcəyi ehtimalı müzakirə olunur. Belə olacağı təqdirdə müxalifətdən hökumətə qoşulan partiyalar həm baş nazir postuna gəlmək imkanını, həm də seçicilərinin etimadını itirə bilərlər.

Prezident İshak Hersoqun tərəflər arasında razılaşmanı təşviq etməsi, ABŞ Prezidenti Donald Trampın isə siyasi prosesə müdaxilə etməsi ehtimallar arasında göstərilir.

Lakin bu istiqamətdə hələlik konkretləşmiş təşəbbüs yoxdur.

Birlik hökuməti ilə bağlı müzakirələrin mərkəzində bir sual dayanır: İsraildə bir-birinə etibar etməyən siyasi liderlər cəmiyyətdəki dərin qütbləşməni aradan qaldıraraq ortaq idarəçilik sistemi yarada biləcəklərmi?

Ərəb seçicilər: Biz də varıq!

Seçkilərin ən mühüm hadisələrindən biri ərəb-fələstinli seçicilərin kütləvi şəkildə səsverməyə qatılması olub.

Nasirə, Ümm əl-Fəhm və digər ərəb şəhərlərində seçici fəallığının artması uzun müddətdir siyasətdən uzaqlaşan seçicilərin yenidən təmsil olunmaq istəyinə düşdüyünü göstərir.

Bu yüksəlişin arxasında yalnız Netanyahunun əleyhinə olmaq dayanmayıb.

Qəzza müharibəsi, İordan çayının qərb sahilində məskunlaşan yəhudi köçkünlərin zorakılığı, ifrat sağçı nazirlərin ərəblərə qarşı açıqlamaları və Fələstin məsələsi seçiciləri hərəkətə gətirən əsas amillərdəndir.

Bununla yanaşı, ərəb cəmiyyətində getdikcə artan mütəşəkkil cinayətkarlıq, qətllər, iqtisadi bərabərsizlik və dövlət xidmətləri sahəsindəki problemlər də seçici fəallığına təsir göstərib.


Mansur Abbasın rəhbərlik etdiyi RAAM-la “Birləşmiş Siyahı” partiyaları arasında ciddi siyasi fərqlər mövcuddur.

M.Abbas ərəb vətəndaşlarının problemlərinə konkret həll yolları tapmaq üçün hökumət proseslərində iştirak etməyi müdafiə edir.

Seçkilərdən sonra hər iki blokla təmasların olduğunu açıqlaması onun koalisiya danışıqlarına qapını bağlamadığını göstərir.

“Birləşmiş Siyahı” isə Netanyahunun yenidən hakimiyyətə gəlməsinin qarşısını almaq istəyir, lakin birbaşa hökumət ortağı olmağa daha ehtiyatlı yanaşır.

Əhməd Tibinin seçki gecəsi səsləndirdiyi “Ya Bibi, ya Tibi” ifadəsi ərəb partiyalarının yeni siyasi çəkisini nümayiş etdirən simvolik mesaj olub.

Lakin burada İsrail siyasətinin əsas ziddiyyətlərindən biri özünü göstərir: ərəb-fələstinli partiyalar parlamentdə güclənirlər, amma yəhudi partiyalarının əhəmiyyətli bir hissəsi onları legitim koalisiya tərəfdaşı kimi qəbul etmək istəmir.

İsraildə seçkilərdən sonra yaranan mənzərə dərin şəkildə parçalanmış cəmiyyəti və bir-biri ilə hökumət qurmaq istəməyən siyasi liderləri ortaya qoyur.

Netanyahu hakimiyyətini qorumağa çalışır, Ayzenkot dəyişiklik tələbini siyasi çoxluğa çevirmək istəyir. Ərəb-fələstinli partiyalar isə seçkilərdə qazandıqları gücün siyasi qərarların qəbuluna təsir göstərməsini tələb edirlər.


A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri