Netanyahu: İsrail iki il ərzində bütün cəbhələrdəki tapşırıqları başa çatdırmalıdır
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Donald Tramp ABŞ prezidenti olduğu müddətdə İsrail bütün cəbhələrdəki vəzifələrini yerinə yetirməlidir.
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu seçki kampaniyası çıxışında bildirib.
Netanyahu "X"də paylaşdığı seçicilərə müraciətində bildirib: "Dostum Donald Trampın prezidentlik müddətinin bitməsinə daha iki il qalıb və bu, bütün cəbhələrdə ən vacib vəzifələrimizi yerinə yetirməyin vaxtıdır".
Baş nazir qarşıdan gələn Knesset (parlament) seçkiləri barədə danışarkən deyib: "Bu seçkilər İsrailin gələcəyi üçün həlledici əhəmiyyətə malikdir. O həmçinin solçu və ərəb partiyaları da daxil olmaqla müxalifət blokunun qələbəsinin müstəqil Fələstinin yaradılmasına gətirib çıxaracağını iddia edib. Netanyahunun sözlərinə görə, yalnız onun Likud partiyası və ətrafında formalaşan sağçı, ifrat sağçı və dini qüvvələrin koalisiyası Fələstin dövlətçiliyinin tanınmasının qarşısını ala bilər".
İsraildə parlament seçkiləri 27 oktyabrda keçiriləcək.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 18 Oktyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















