Netanyahu: İsrail İrana zərbələri artıracaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail Livan və İrana aviazərbələri artıracaq.
APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə birlikdə Palmaçim hava bazasına səfəri zamanı bildirib.
Netanyahu qeyd edib ki, İsrail Hizbullah və İrana aviazərbələri gücləndirəcək.
"Hizbullah bizə hücum edərkən çox böyük bir səhv etdi. Biz artıq güclü şəkildə cavab vermişik və daha da böyük və əlavə güclə cavab verəcəyik”, - o Hizbullahın İsrailə son raket hücumları barədə danışarkən deyib.
Netanyahu, eyni zamanda, İsrailin İrana güclü aviazərbə endirməyə davam edəcəyinə qeyd edib:
“Biz İrana aviazərbələri tam güclə davam etdirəcəyik. Pilotlarımız İran və Tehran səmaları, eləcə də Livan səmaları üzərində uçurlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 Mart 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















